1968-ci ildə uzun zamandan bəri Azıx
mağarasında aparılan qazıntıların
nəticəsində orada yaşamış insanın
alt çənə sümüyü aşkar edildi. Tapıntı
üzərində aparılan tədqiqatlardan
sonra
onun 350-400 min illik bir tarixə malik
olduğu aydın oldu.
Azıx mağarasında, həmçinin müxtəlif
vəhşi heyvanların sümükləri, ocaq izləri
və daş alətlər də tapılmışdır.
Vaxtilə dünyanın ən qədim insanlarının
yaşadığı bu mağaranın yerləşdiyi
Azərbaycan torpağı 1993-cü ildən
etibarən erməni işğalı altına düşsə də,
artıq ulu yurdumuz müzəffər ordumuzun
uğurlu əməliyyatları ilə azadlığına
qovuşmuşdur.
Albaniya memarlıq nümunələrindən
biri olan "Xudavəng" (Tanrı məbədi)
monastır kompleksidir. "Xudavəng"
monastırı Tərtər çayının sol sahilində,
Kəlbəcər rayonunda yerləşir.
|