Azərbaycan klassik xanəndəlik
ənənələrinin layiqli davamçılarından
biri, muğam sənətinin "Xan"ı adlandırılan
İsfəndiyar Cavanşir – Xan Şuşinskinin
də Azərbaycan musiqisinin
inkişafında müstəsna yeri vardır. Onun
geniş diapazonlu gur və məlahətli
səsi yüksək ifaçılıq mədəniyyəti sayəsində
Azərbaycan muğam sənətini
zənginləşdirmişdir.
Şuşanın musiqi həyatındakı yeniliklərdən
biri də yazıçı-dramaturq Əbdürrəhim
bəy Haqverdiyevin rəhbərliyi
ilə xanəndə Cabbar Qaryağdıoğlunun
və tarzən Mirzə Sadıq Əsəd oğlunun
ifasında Füzulinin poeması əsasında
"Məcnun Leylinin məzarı üstündə"
musiqili səhnəciyinin göstərilməsi idi.
XX əsrin əvvəllərindən Şuşada ilk Şərq
konsertləri də keçirilməyə başladı.
Maarif
Azərbaycanın çar Rusiyası tərəfindən
işğalından sonra ibtidai təhsil yenə də
mollaxanalarda cəmlənmişdi. Bu məktəblərin
müsəlman ruhaniləri tərəfindən
idarə edilməsinə baxmayaraq, o
dövrün tanınmış adamları məhz bu
mollaxanalarda təhsil almışdılar. 1801-ci