O, Azərbaycan milli operasının, eləcə
də Şərqdə ilk operanın – "Leyli və
Məcnun" operasının banisidir.
Məşhur bəstəkar Azərbaycan Respublikasının
Dövlət Himninin, "Koroğlu"
operasının, "Arşın mal alan", "O olmasın,
bu olsun" operettalarının müəllifidir.
Əsil adı və soyadı Murtuza Məmmədov
olan Bülbül (1897–1961) Azərbaycan
opera müğənnisi, təsnif ifaçısı, musiqi
folkloru tədqiqatçısı, Azərbaycan
peşəkar vokal sənətinin banisi kimi
tanınmışdır.
Azərbaycan Dövlət Akademik Opera
və Balet Teatrının solisti olmuş Bülbül
Ü.Hacıbəylinin "Leyli və Məcnun"
(İbn Salam), "Əsli və Kərəm" (Kərəm),
Z.Hacıbəyovun "Aşıq Qərib" (Qərib)
operalarında oynamışdır. Onun təşəbbüsü
ilə 1932-ci ildə Azərbaycan
Dövlət Konservatoriyasının nəzdində
Azərbaycan xalq musiqisini öyrənən,
onu toplayıb tədqiq edilməsi ilə məşğul
olan Elmi-Tədqiqat Musiqi Kabineti
yaradılmışdır.
Bülbül