Ədəbiyyat
XVIII əsr Qarabağ – Azərbaycan poeziyasının
zirvəsini Molla Pənah Vaqif
(1717–1797) yaradıcılığı təşkil edir. Vaqif lirikasının
əsas mövzusunu məhəbbətin
tərənnümü təşkil edirdi. Ömrünün son illərində
həyatında baş verənlər Vaqifi yaşadığı
dövrün siyasi ədalətsizliyini tənqid
edən əsərlər yazmağa məcbur edir.
XIX əsrin birinci yarısında şifahi xalq ədəbiyyatı
olduqca böyük, qiymətli və rəngarəng
bir irs qoymuşdur. Aşıq şeirinin
görkəmli nümayəndələrindən biri olan
Aşıq Pəri və digərləri aşıq poeziyasının
ənənələri əsasında bir çox məhəbbət və
qəhrəmanlıq dastanları yaratmışlar.
Bu dövr Azərbaycan satirik şeirinin
görkəmli nümayəndəsi Qasım bəy
Zakir (1784–1857) idi. O, klassik şeir
nümunələri ilə yanaşı, heca vəznində
sadə üslubda şeirlər yazmışdır. Zakirin
satiraları, mənzum hekayə və təmsilləri
də ictimai məzmuna malik olmuşdur.
Onun satiralarının başlıca
mövzusu dövrünün idarə üsulunun
|
Qarabağın ictimai-siyasi həyatında
yaratdığı ziddiyyətlərdir.
Sonuncu Qarabağ xanı Mehdiqulu xanın
qızı Xurşidbanu Natəvan (1832–
1897) "Xan qızı" adı ilə bütün Qarabağda
məşhur idi. O, poetik yaradıcılığa
təxminən XIX əsrin 50-ci illərində başlamışdır.
Onun irsindən bizə yalnız
qəzəlləri çatmışdır. Xan qızı Natəvan
həm də yaxşı xəttat, bir sıra incə rəssamlıq
və təsviri sənət əsərlərinin
müəllifi, bədii sənətkarlığın mahir
ustası olmuşdur.
|