daha sonra isə Hacı Zeynalabdin Tağıyevin
dəvəti ilə Bakıya gələrək müəllim
işləmiş, eyni zamanda, "Kaspi", "Həyat"
və dövrünün bir sıra qəzetləri ilə əməkdaşlıq
etmişdir. O, "İrşad", "Proqress" və
"Tərəqqi" qəzetində nəşr olunan
məqalələrində müsəlman xalqlarının
düşdüyü acınacaqlı vəziyyəti təhlil
edirdi.
Əhməd bəy Ağaoğlu məqalələrində
1905-ci ildə Azərbaycan xalqına qarşı
soyqırımı törədən erməni-daşnak quldurlarının
iç üzünü açıb göstərmişdir.
Təqiblər üzündən Türkiyəyə mühacirət
edən Əhməd bəy orada fəaliyyətini
davam etdirmişdir.
Əhməd bəy Ağaoğlu 1918-ci ildə bolşevik-
daşnaklara qarşı mübarizəyə
kömək üçün göndərilmiş Qafqaz İslam
Ordusunun komandanı Nuru paşanın
siyasi müşaviri kimi Azərbaycana qayıtmış,
Azərbaycan Xalq Cümhuriyyəti
Parlamentinin üzvü seçilmişdir.
Paris sülh konfransında iştirak edəcək
Azərbaycan nümayəndə heyətinin tərkibinə
qatılan Ağaoğlu ingilislər tərəfindən
həbs edilərək Malta adasına sürgün
olunmuşdur. Atatürkün təşəbbüsü
ilə azadlığına qovuşan Əhməd bəy İstanbulda
yenidən milli hərəkata qoşulmuşdur.
O həmçinin Qars vilayətinin
əhalisinin etimadını qazanaraq Türkiyə
Böyük Millət Məclisinin deputatı seçilmişdir.
Əhməd bəy Ağaoğlu dünyagörüşü və
siyasi düşüncəsində İslamçılıq, Qərbçilik
və Türkçülük ideyası mühüm yer tutmuş,
azərbaycanlılarda milliyyətçilik və
türkçülük şüurunun oyanmasında və
güclənməsində çox mühüm rol oynamışdır.