Q arabağ Azərbaycan mədəniyyətinin inkişafında mühüm rol oynamışdır. Qurulduğu dövrdən bəri Şuşa şəhəri təhsil, elm və mədəniyyət mərkəzi olmuşdur. Qarabağda milli mədəniyyətimizin dahiləri olan böyük şəxsiyyətlər yetişmişdir. Azərbaycanın musiqi beşiyi olan Qarabağda müxtəlif dövrlərdə böyük musiqiçilər yetişmişdir. TarixXIX əsrin birinci yarısında Azərbaycanda tarix, filologiya və coğrafiya elmi sahəsində böyük işlər görülmüşdür. Vətən tarixini bilmək həvəsi öz əsərləri ilə Azərbaycanda gerçək tarixi bilikləri yayan və inkişaf etdirən vətənpərvər ruhlu salnaməçilərin meydana çıxmasına səbəb olmuşdu. Qarabağ xanlığının tarixinə marağın artması nəticəsində Mirzə Adıgözəl bəy "Qarabağnamə" və Mirzə Camal "Qarabağ tarixi" əsərlərini yazmışdılar. Mirzə Adıgözəl bəyin "Qarabağnamə" əsərində şifahi məlumatlarla bərabər, sənəd və materiallardan da istifadə edilmişdir. Əsərdə Qarabağın 1736-cı il- |
dən 1828-ci ilə qədərki siyasi tarixindən bəhs edilir. Mirzə Adıgözəl bəyin "Qarabağnaməsi"ndən fərqli olaraq Mirzə Camalın "Qarabağ tarixi" əsərində siyasi hadisələrlə yanaşı, xanlığın sosial-iqtisadi həyatına dair bəzi faktlar da verilmişdir. XIX əsrdə Qarabağda yaşamış görkəmli şəxsiyyətlərdən biri Mir Möhsün Nəvvabdır (1833–1918). Qarabağın göz bəbəyi olan Şuşada dünyaya göz açan M.M.Nəvvab Azərbaycan tarixində alim, pedaqoq, şair, musiqişünas, rəssam və xəttat kimi tanınmışdır. |