Əslində, ermənilərin Qarabağ iddiaları
onların havadarlarının köməyi ilə ortaya
çıxmışdı. Çar Rusiyası müstəmləkəçilik
ənənələrinə uyğun olaraq Azərbaycan
torpaqlarına erməniləri köçürmüş,
torpaqlarımızın bir hissəsini onlara və
digər qonşulara güzəştə getmişdir.
Təəssüflər olsun ki, bu siyasət Azərbaycanın
sovetləşdirilməsindən sonra
daha da genişlənmişdir. Məhz bunların
nəticəsidir ki, 1990-cı illərin əvvəllərində
işğal olunan müqəddəs torpaqlarımız
otuz ilə yaxın bir müddət ərzində Ermənistan
işğalı altında qalmışdır.
Nəhayət, gözlədiyimiz fürsət yetişdi.
2020-ci il sentyabrın 27-də ermənilər
yenidən təxribat törətmək istədi. Ancaq
şanlı Azərbaycan Ordusu təxribatların
qarşısını alaraq uğurlu əks-hücum
əməliyyatlarına başladı. Həmin gün
xalqa müraciət edən prezident artıq
təxribatlara dözməyəcəyimizi və işğal
altında olan torpaqlarımızı azad edəcəyimizi
elan etdi. Hərbi əməliyyatların
getdiyi hər gün Müzəffər Ali Baş Komandan
rəsmi Twitter səhifəsi və televiziya
vasitəsilə xalqa ərazilərin azad
olunması müjdələrini vermişdir. 2020-ci
il noyabrın 10-a qədər davam edən
hərbi əməliyyatlar Azərbaycan Ordusunun
rəşadəti, prezidentin uzaqgörən,
diplomatik bacarığı sayəsində qələbə
ilə nəticələndi və doğma Qarabağımız
işğaldan azad edildi.
İlham Əliyev həm də son 200 ildə ən
böyük qələbələrimizdən birinin Komandanı
kimi tarixə adını yazdı.
Prezident hərbi əməliyyatların davam
etdiyi müddətdə ermənipərəst mövqe
tutan ölkələrin, təşkilatların təzyiqlərinə
cəsarətlə cavab verdi. 30 ilə yaxın
müddət ərzində onların bacarmadıqlarını
etdiyimizi, BMT Təhlükəsizlik Şurasının
|
qətnamələrini həyata keçirdiyimizi
və ərazi bütövlüyümüzü bərpa
etdiyimizi diqqətə çatdırdı.
Hərbi əməliyyatlar dövründə diqqəti
çəkən məqamlardan biri də Müzəffər
Ali Baş Komandanın nüfuzlu beynəlxalq
nəşrlərə, televiziya kanallarına verdiyi
müsahibələrdir. Bu nəşrlərin, televiziya
kanallarının əksəriyyəti açıq-aşkar işğalçı
ermənilərin tərəfini tutsa da, Müzəffər
Ali Baş Komandanın tutarlı və dəqiq
cavabları qarşısında aciz qalmışdı.
Beləliklə, İlham Əliyevin həyata keçirdiyi
məqsədyönlü daxili islahatlar, müdrik
və uzaqgörən xarici siyasəti nəticəsində
dünyada geosiyasi mövqeyi möhkəmlənən
Azərbaycan bu yolda uğurla
addımlayır.
Jurnalist: Nəyə görə Qarabağ Azərbaycan üçün
belə önəmlidir? Orada resurslar var, yoxsa bu bir
rəmzi məna daşıyır?
Prezident: Elzas və Lotaringiya sizin üçün
önəmlidir? Bavariya sizin üçün önəmlidir? Yaxud
Reyn-Vestfaliya? Bu bizim torpaqdır, beynəlxalq
səviyyədə tanınan bizim ərazimizdir. Bu, resurslar
məsələsi deyil. Əsas resurslar burada, Bakıdadır.
Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir
və bu, beynəlxalq hüquq məsələsidir. Beynəlxalq
hüquq və bütün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı
Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır.
Biz ədaləti bərpa edirik və biz BMT Təhlükəsizlik
Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini
icra edirik.
|