Prezident İlham Əliyev 2019-cu ildə
isə Valday Diskussiya Klubunun iclasında
Dağlıq Qarabağın qədim Azərbaycan
torpağı olduğunu tutarlı faktlarla
bir daha sübut etmişdir:
"...Qeyd etməliyəm ki, bu münaqişə ilə
əlaqədar çox vaxt reallığı əks etdirməyən
geniş fikir müxtəlifliyi olur. Bu
məsələyə aydınlıq gətirmək üçün
deməliyəm ki, 1921-ci ildə Qafqaz bürosunun
qərarında Dağlıq Qarabağın çox
vaxt erməni tərəfinin şərh etdiyi kimi,
Azərbaycana verilməsi deyil, onun
Azərbaycanın tərkibində qalması
göstərilmişdir. Münaqişə başlayana qədər
Azərbaycan SSR-in
Dağlıq Qarabağ
Muxtar Vilayətində yaşayan azərbaycanlı
və erməni əhalinin say nisbəti
25:75 faiz kimi olub. Münaqişə nəticəsində
Dağlıq Qarabağdan, həmçinin
digər 7 rayondan bütün azərbaycanlı
əhali qovulub, başqa sözlə desək, orada
etnik təmizləmə aparılıb..."
Prezident İlham Əliyev erməni təxribatlarının
bitmədiyini və bu təxribatlar
zamanı dinc sakinlərin də qətlə
yetirildiyini iclas iştirakçılarının
diqqətinə çatdırmışdır:
|
"Deməliyəm ki, Ermənistanın Azərbaycana
qarşı hərbi təcavüzü bu gün də
davam edir. Dünən erməni snayperi
tərəfindən dinc sakin, münaqişə zonasından
uzaqda, Ermənistanın Azərbaycanla
sərhədində yerləşən Qazax rayonunun
sakini qətlə yetirilib. Həmçinin
deməliyəm ki, 2016-cı
ilin aprelində
hərbi təxribat zamanı altı dinc sakin, o
cümlədən balaca qız qətlə yetirilib.
Həmçinin Ermənistan baş nazirinin
təəccüb doğuran bəyanatına toxunmaq
istərdim. Bu bəyanat təkcə Azərbaycanda
təəccüblə qarşılanmayıb,
ona Rusiya Federasiyası tərəfindən də
"Valday" forumu çərçivəsində müvafiq
cavab verilib. Beləliklə, bəyanat sözbəsöz
belədir: "Qarabağ Ermənistanın bir
hissəsidir və nöqtə".
Birincisi, yumşaq desək, bu, yalandır.
Dünya tərəfindən həm Aran, həm də
Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz
hissəsi kimi tanınıb. Ermənistan özü də
bu qanunsuz qurumu tanımır. Qarabağ
tarixi, əzəli Azərbaycan torpağıdır.
Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi!"
|