MÜZƏFFƏR |
U lu öndər Heydər Əliyevin siyasi kursunun davamçısı İlham Əliyev 2003-cü ildən etibarən Azərbaycan Respublikasına rəhbərlik edir. O, Azərbaycanın demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda inkişaf etməsinə öz töhfələrini vermişdir. Onun rəhbərliyi ilə ölkədə sosial-iqtisadi islahatlar daha da sürətlənmişdir. Yeni iş yerləri açılmış, vətəndaşların sosial rifahı xeyli yaxşılaşmışdır. İlham Əliyev Ümummilli lider Heydər Əliyevin inkişaf strategiyasını uğurla davam etdirərək ölkəmizin iqtisadi qüdrətini və beynəlxalq nüfuzunu xeyli artırmışdır. Bu, beynəlxalq iqtisadi əlaqələrin genişlənməsinə təkan vermişdir. Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrində neft-qaz amili əsas rol oynamışdır. Bütün çətinliklərə, ağlasığmaz maneələrə baxmayaraq, neft strategiyamız prezident tərəfindən uğurla davam etdirilir. 2013-cü ildə Avropa dövlətləri ilə "XXI əsrin müqaviləsi" adlandırılan və |
Azərbaycanın qaz istehsalının artırılmasına şərait yaradan müqavilə imzalandı. Bu müqavilə Azərbaycanın neft-qaz strategiyasında yeni dövrün başlanğıcını qoydu, "Cənub Qaz Dəhlizi"nin genişlənməsinə, reallığa çevrilməsinə əlverişli şərait yaratdı. Bu layihələrin həyata keçirilməsi Azərbaycanın geostrateji mövqeyinin möhkəmlənməsinə səbəb oldu. ABŞ dövlət xadimi Zbiqnev Bjezinskinin sözləri ilə desək, "Azərbaycan enerji ehtiyatlarına görə dünyada geosiyasi əhəmiyyətə malikdir". Üstəlik Azərbaycanın gələcəyi qonşu dövlətlərin gələcəyinə əhəmiyyətli dərəcədə təsir edir.
Hərbi sahə İlham Əliyevin xüsusi diqqət
yetirdiyi və nəzarətində saxladığı
sahələrdən biridir. Belə ki iqtisadi layihələrdən
gələn gəlirlərin bir hissəsi
hərbi sahəyə ayrılır. Məhz Müdafiə Sənayesi
Nazirliyinin yaradılması da Azərbaycanın
hərbi sənayesinin möhkəmlənməsinə
xidmət edən əsas amillərdəndir.
|