etdirilməsinə görə Azərbaycan Prezidenti
İlham Əliyevin sərəncamına
əsasən Şükür Həmidov ölümündən
sonra "Zəfər" ordeni ilə təltif edilmişdir.
Aslanın erkəyi,
|
operativ materiallar hazırlayardı.
Salatın Laçından Şuşaya gələrkən Qaladərəsi
kəndi yaxınlığında erməni
quldurları tərəfindən yaxın məsafədən
atəşə tutulur. O, 1991-ci ildə vəhşicəsinə
qətlə yetirilir. Azərbaycan Respublikası
Prezidentinin sərəncamı ilə
Salatın Əsgərovaya ölümündən sonra
Azərbaycanın Milli Qəhrəmanı adı
verilmişdir. Yaxınlığında həlak olduğu
kənd "Salatınkənd" adlanır.
Gültəkin Məlik qızı Əsgərova uroloji
xəstəxanada həkim işləyirdi. Qarabağ
hadisələri başlayanda könüllü olaraq
cəbhəyə yollanır. Əvvəlcə Turşsuda,
sonra isə Şuşada gedən döyüşlərdə
iştirak edir. Güllə yağışları altında yaralı
döyüşçüləri təhlükəsiz yerlərə aparır,
onlara ilk tibbi yardım göstərirdi. Şuşa
işğal ediləndən sonra Laçının, Qubadlının
müdafiəsində yaxından iştirak
edir. Uzun döyüş yolu keçmiş Gültəkin
Əsgərova 1992-ci ildə Aranzəmin-Naxçıvanik
istiqamətində gedən ağır
döyüşdə öz xidməti borcunu yerinə
yetirərkən həlak olmuşdur. Azərbaycan
Respublikası Prezidentinin sərəncamı
ilə ona ölümündən sonra Azərbaycanın
Milli Qəhrəmanı adı
verilmişdir.
|