Sağlığında Milli
|
rayonunun Lələtəpə istiqamətində
olan əlverişli mövqelər, o cümlədən
Lələtəpə zirvəsi Azərbaycan Ordusu
tərəfindən işğaldan azad edilmişdi. Həmin
döyüşlərdə Ermənistan ordusunun
"yenilməz Ohanyan xətti" olaraq tanınan
müdafiə xətti 40 dəqiqə ərzində
darmadağın edilmişdi.
Polkovnik-leytenant Şükür Həmidova
Azərbaycanın ərazi bütövlüyünün qorunub
saxlanılmasında xüsusi xidmətlərinə
və döyüş tapşırığının yerinə yetirən
zaman göstərdiyi şəxsi igidliyə
görə Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin sərəncamına
əsasən Azərbaycanın Milli Qəhrəmanı
adı; müdafiə naziri Zakir Həsənov
tərəfindən isə Şükür Həmidova vaxtından
əvvəl polkovnik hərbi rütbəsi verilmişdir.
Hərbi rütbə ona Lələtəpə istiqamətində
səngərdə təqdim
edilmişdir. Şükür Həmidov Vətən müharibəsinin
də iştirakçısı olmuşdur.
Korpusların birində komandir müavini
olan Şükür Həmidov cənub istiqamətində
aparılan döyüşləri idarə edənlərdən
biri idi. Əvvəlcə o, Füzuli rayonu
istiqamətində döyüşlərə qatılmış, son
olaraq Qubadlı şəhərinin yaxınlığında
yerləşən Mahmudlu istiqamətində döyüşmüş
və burada şəhid olmuşdur.
Dəfn mərasimi zamanı Azərbaycan
Prezidenti İlham Əliyev telefon vasitəsilə
Şükür Həmidovun atası Nəriman
Həmidova dərin hüznlə başsağlığı vermişdir.
Azərbaycanın ərazi bütövlüyünün
bərpa edilməsində xüsusi xidmətlərinə
və işğal olunmuş ərazilərin azad
olunması zamanı düşmənin məhv edilməsində
qarşıya qoyulmuş döyüş tapşırığını
yerinə yetirən zaman göstərdiyi
qəhrəmanlıq nümunəsinə, həmçinin
hərbi qulluq vəzifəsini yerinə yetirən
zaman igidliyin və mərdliyin nümayiş
|