Polad
|
müxtəlif orden və medalları ilə təltif
olunmuş Polad Həşimov Aprel döyüşlərində
göstərdiyi şücaətə görə
Azərbaycan Respublikasının Prezidenti
tərəfindən II dərəcəli "Vətənə
xidmətə görə" ordeni ilə mükafatlandırılmışdır.
Ermənistan silahlı qüvvələrinin bölmələri
2020-ci il iyulun 14-ü səhər saatlarından
başlayaraq Tovuz rayonunun
Ağdam və Əlibəyli kəndlərini
müxtəlif çaplı silahlardan atəşə tutaraq
hücum etməyə cəhd göstərdi. Hücumun
qarşısını qəhrəmanlıqla dəf
edən zaman Azərbaycan Ordusunun
general-mayoru Polad Həşimov şəhid
oldu. Əsgərlərinin və döyüş yoldaşlarının
böyük rəğbətini və sevgisini qazanan
səngər generalının şəhadəti
bütün Azərbaycanı ayağa qaldırdı.
Ölümündən sonra Polad Həşimova
Azərbaycan Respublikası Prezidenti
İlham Əliyevin sərəncamı ilə Azərbaycanın
Milli Qəhrəmanı adı verilmişdir.
|