iyirmidən çox hərbçi məhv etmişdi.
Buna görə düşmənin ən yüksək dairələri
onun başına külli miqdarda pul
qoymuş, ölüsünü və ya dirisini gətirənə
ən yüksək mükafat vəd etmişdilər.
Kəlbəcərdəki əməliyyatda
göstərdiyi yüksək bacarıq və peşəkarlığı,
nümunəvi xidməti nəzərə alınaraq
Prezidentin sərəncamı ilə "İgidliyə
görə" medalı ilə təltif olunmuşdur.
2016-cı ilin aprel ayında Pəncəli Azərbaycan-
Ermənistan təmas xəttində
baş verən atışma zamanı Tərtər istiqamətində
düşmənlə döyüşə girmiş,
döyüş yoldaşları ilə birlikdə Talış yüksəkliyinin
alınmasında və Talış kəndində
çoxlu sayda düşmənin məhv edilməsində
şəxsi igidliyi ilə fərqlənmişdi.
Sona qədər vuruşan Pəncəli arzusuna
çataraq şəhid olmuşdur. O, xidmətlərinə
görə ölümündən sonra "Vətən
uğrunda" medalı ilə təltif olunmuşdur.
Peşəkar
|
Artilleriya sənətinin dərindən öyrənilməsi
və öyrədilməsində İlqar Mirzəyevin
mühüm xidmətləri olmuşdur. Bu
xidmətlərinə görə onu "Müasir dövrün
Əliağa Şıxlinskisi", "Artilleriya atası" adlandırmaq
olar.
Aprel döyüşlərində xidmətlərinə görə
"Vətənə xidmətə görə" II və III dərəcəli
medalla təltif olunur. 2018-ci ildə o,
polkovnik rütbəsinə yüksəlir və bir il
sonra korpuslardan birinin artilleriya
rəisi təyin olunur. 2020-ci ilin iyulunda
Ermənistan silahlı qüvvələri Tovuz istiqamətində
mövqelərimizi ələ keçirmək
üçün hücuma cəhd edirlər. Aprel
döyüşlərində olduğu kimi, bu ərazidə
də şiddətli döyüşlər zamanı yaxın dostu
general-mayor Polad Həşimov və digər
döyüş yoldaşları ilə birlikdə vuruşurlar.
Lakin qəhrəmancasına şəhid olurlar. Polad
Həşimovla birlikdə II Şəhidlər xiyabanda
dəfn olunur. Prezident İlham Əliyev
şəhid polkovnikin dəfni zamanı ailə
üzvləri ilə əlaqə saxlayaraq başsağlığı
verir. İlin sonunda İlqar Mirzəyevə Prezidentin
sərəncamına əsasən Azərbaycanın
Milli Qəhrəmanı adı verilir.
|