Aprel döyüşlərində şəhid olmuş bu
qəhrəman kəşfiyyatçı-zabitin məzarını
təkcə qərənfillər deyil, həm də müxtəlif
illərdə komandiri olmuş əsgərlərinin
məktubları bəzəyir.
Raquf Orucovun komandiri:
"1998-ci il idi. Kəlbəcərin Yanşaq kəndi
istiqamətində kəşfiyyat məlumatlarının
toplanması və videoçəkiliş üçün kəşfiyyat
qrupuna həmin əraziyə getmək
barədə əmr verilmişdi.
...Vəziyyətlə əlaqədar Raqufla məsləhətləşdik
və qərara aldıq ki, əməliyyatı
onun komandiri olduğu qrup
həyata keçirsin. Onun 6 nəfərdən
ibarət kəşfiyyat dəstəsi videokamera
ilə yola düşdü. Qrup üzvləri Ömər
aşırımından Yanşağa qədər uzaq bir
məsafə getməli idilər. Raquf lazımi
məntəqəyə çatanda əlaqə saxlayıb
apardıqları müşahidələr barədə məlumat
verirdi.
...Bildirdi ki, erməni əsgərləri səhər
düzülüşünə dayanıblar, onları çəkirəm.
Bir qədər sonra, təxminən səhər saat
8 radələrində yenidən əlaqə saxladıq.
Dedi ki, düşmən məni görür. Yerimi dəyişsəm,
təhlükə bir qədər də artacaq.
Dedim, geri qayıdın. Allah eləməmiş,
bir hadisə baş versə, mənə xəbər et ki,
buradan sizə dəstək verə bilək. Axşam
radələrində məlum oldu ki, Raqufgil
gəlib düşmənin arxasında aşağıda
mövqe tutublar.
Biz də dərəyə endik ki, Raqufgilə
kömək edək, çünki yükləri olduğu
üçün yuxarı qalxmaq çətin idi. Bu
ərazi elə bir yer idi ki, yalnız kəndirlər
vasitəsilə dərənin dibindən yuxarı
qalxmaq olardı. Bu cür çətinliklərə
baxmayaraq, biz o əməliyyatı da uğurla
başa vurduq".
|
Özünə şəhidlik
|