Ç. Mustafayev Azərbaycan Dövlət Televiziyasında
işə düzəldi, döyüş bölgələrinə
yollandı. Az müddətdə döyüş
bölgələrindən operativ reportajlar hazırladı.
Cəsur jurnalist hər gün ölümlə
üz-üzə gəlirdi. Ancaq bu onu qorxutmurdu.
Çingizin Xocalı faciəsi zamanı
lentə aldığı çəkilişlər – erməni quldurlarının
vəhşiliklərini əks etdirən kadrlar
bütün dünyanı sarsıtdı. Bununla da
o, informasiya blokadasını yararaq,
Azərbaycan həqiqətlərini dünyanın
hər tərəfinə çatdırdı.
Çingiz 1992-ci ilin iyununda növbəti
çəkiliş üçün ağır döyüşlərin getdiyi
Əsgəranın Naxçıvanik kəndinə yola
düşdü. Bu döyüşü lentə alarkən qəhrəmancasına
həlak oldu.
Şəhidlər xiyabanında uyuyan Çingiz
Mustafayevə Azərbaycan Respublikası
Prezidentinin sərəncamı ilə Azərbaycanın
Milli Qəhrəmanı adı verilmişdir.
Murov qartalıAprel döyüşlərində böyük hünər, rəşadət
göstərərək şəhidlik zirvəsinə
yüksəlmiş Vətən oğullarının hamısı
qəhrəmandır. Onların apreldə cəmi bir
neçə gün davam edən döyüşlərdə
göstərdiyi qəhrəmanlıqlar hər bir
Azərbaycan gənci üçün, sözün həqiqi
mənasında, bir nümunədir. Çünki onlar
şəhid olsalar da, Azərbaycan Ordusunu
qalib orduya çevirə bildilər.
Elə öz adlarını da Azərbaycan xalqının
qəhrəman oğulları kimi tarixə yazdılar.
Aprel şəhidləri arasında bir kəşfiyyatçı
var: polkovnik-leytenant Raquf İbrahim
oğlu Orucov! Onun düşmən arxasında
uğurla həyata keçirdiyi bir neçə xüsusi
|
əhəmiyyətli əməliyyat Azərbaycan
Silahlı Qüvvələrinin tarixində nadir
əməliyyatlardan sayılır. Raquf Orucov
şəhid olduğu günədək bir çox təltiflərə,
o cümlədən Müzəffər Ali Baş Komandanın
müvafiq fərmanları ilə "Hərbi
xidmətlərə görə" və "İgidliyə görə"
medallarına layiq görülmüşdür.
Raquf Orucov 1990-cı ildə Ağdam rayonundan
Sovet ordusunda həqiqi
hərbi xidmətə çağırılmış, cəmi bir il
Rusiyada xidmət etmişdir. Burada
olarkən Ermənistanın Azərbaycana
qarşı təcavüz xəbərini eşitmiş, dərhal
Azərbaycana qayıtmış, könüllü olaraq
Ağdam rayonundakı özünümüdafiə
batalyonuna yazılaraq torpaqlarımızın
ərazi bütövlüyü uğrunda döyüşlərə
qatılmışdır.
Raquf Orucov komandanlıq etdiyi əməliyyatların
öhdəsindən uğurla gəlmiş,
Azərbaycan Silahlı Qüvvələrinə düşmənin
gücü və mövqeləri barədə daha
dəqiq, zəngin və xüsusi hərbi əhəmiyyətli
məlumatlar vermişdir.
|