İclasda qanunsuz olaraq DQMV-nin Azərbaycan SSR-in tabeliyindən çıxarılaraq Ermənistan SSR-in tərkibinə daxil olması barədə qərar qəbul edildi. Bu qərar Azərbaycanın ərazi bütövlüyünə təhlükə və SSRİ Konstitusiyasına zidd ol-
Respublika rəhbərliyi sussa da, Qarabağ əhalisi
bələd olduğu erməni məkrini dayandırmaq
üçün səfərbər oldu. Hadisələrin ən qızğın vaxtında,
1988-ci il fevralın 22-də Ağdamın minlərlə sakini
Əsgəran üzərinə yürüşə çıxdı. Azərbaycan
məhz həmin gün Ermənistan-Azərbaycan münaqişəsinin
ilk şəhidlərini: Əli Hacıyev ilə Bəxtiyar
Quliyevi torpaq və millət uğrunda fəda etdi.
|
maqla yanaşı, həm də SSRİ miqyasında separatizm meyillərinin ilk qığılcımı idi. Erməni separatçılarının qısa müddət ərzində fəaliyyətlərini genişləndirməsinin əsas səbəbi məhz Moskvadan aldığı dəstək idi. 1987-ci ilin sonunda Ermənistan SSR-in Qafan rayonunda azərbaycanlıların öz tarixi torpaqlarından qəddarlıqla deportasiyası başlandı. 1988–1989-cu illərdə Ermənistandan bütövlükdə 250 mindən çox azərbaycanlı deportasiya edildi. Deportasiya zamanı 216 nəfər vəhşicəsinə qətlə yetirildi, 1154 nəfər isə yaralandı. Qovulanlar Azərbaycana sığındılar. Əgər Azərbaycan rəhbərliyi yaranmış vəziyyətə biganə qalmayaraq azərbaycanlıların düşmənə qarşı müqavimətini təşkil edə bilsə idi, separatçı meyillərin qarşısını vaxtında almaq olardı.
|