sini məhv etmişdi. Döyüş şücaətlərinə
görə o, Daxili İşlər Nazirliyinin "Boz
qurd" mükafatına layiq görülmüşdü.
Döyüşlərin birində qəhrəmancasına
həlak olan Təbrizə Azərbaycan Respublikası
Prezidentinin sərəncamı ilə
Azərbaycanın Milli Qəhrəmanı adı
verilmişdir.
Dağların ÜlfətiÖlkə xaricində hərbi xidmətini başa vuran
və 1991-ci ildə vətənin ağır günlərində
Azərbaycana dönən Ülfət Ələkbər
oğlu Kərimov müqəddəs torpaqlarımızı
erməni qəsbkarlarından qorumaq üçün
könüllü olaraq döyüşlərə yollanır. Azğın
düşmənlə döyüşə atılan, Ağdərə, Laçın,
Kəlbəcər döyüşlərində igidlik göstərən,
qısa müddətdə dəfələrlə mükafatlar
alan Ülfət tezliklə leytenant hərbi rütbəsi
alaraq bölük komandiri vəzifəsinə
qədər yüksəlir. O, yüksək əsgəri keyfiyyətləri,
bənzərsiz təşkilatçılıq qabiliyyəti,
hərbi hünəri ilə hamını heyran qoymuşdu.
Erməni işğalçıları Ağdərə
rayonunun kəndlərinə hücum edən zaman
Ülfət xeyli sayda düşmən əsgərini
və texnikasını məhv edir.
|
Onun sonuncu döyüşü Kəlbəcər rayonunun Ağdaban
kəndində oldu. Tamamilə mühasirədə
olan Ağdabandan əhali hələ
çıxarılmamışdı. Nəyin bahasına olursa-
olsun əliyalın, dinc sakinləri xilas etmək
lazım idi. Gənc leytenant ölüm-dirim
savaşına qalxdı. Düşmən
qüvvələrinin həddən çox olması onu
qorxutmadı. Qumbaraatanla
bir düşmən
tankını, əl qumbarası ilə digərini
məhv etdi. Sonuncu qumbarası ilə zirehli
maşının üstünə sıçrayan və onu da
partladan Ülfət özü də qəhrəmancasına
həlak oldu. Ölümündən sonra "Azərbaycan
Bayrağı" ordeni ilə təltif edilmişdir.
Qəhrəman
|