Xüsusi təyinatlı qəhrəman
Azərbaycan torpaqlarının işğala məruz
qalması və soydaşlarımızın öz
dədə-baba torpaqlarından zorla qovulması
Yuri Petroviç Kovalyovu da
narahat edirdi. Elə bu səbəbdən də o,
Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı
Polis Dəstəsinə qəbul edilir və döyüş
bölgələrində mərdliklə vuruşur.
Y.Kovalyov Şuşanın Qaladərəsi kəndində
Azərbaycan jurnalistlərini müşayiət
edərkən gözlənilmədən ora
Ermənistan vertolyotu enmiş və vertolyotdakı
xarici jurnalistlər onunla görüşmək
istəmişlər. Xarici jurnalistlərin
Kovalyova: "Siz russunuzmu?" sualına
o: "Bəli, mən rusam, Azərbaycan isə
vətənimdir" - cavabını vermişdir. Yuri
Kovalyov Goranboy rayonunun kəndlərinin
azad edilməsində böyük şücaət
göstərmişdir. Düşmən snayperləri
onu dağlar, daşlar arasında da
axtarırdı. Başına böyük məbləğdə pul
qoyulmuşdu. O, Xocavənd rayonu ərazisində
aparılan növbəti əməliyyatdan
qayıdarkən maşını qəflətən atəşə tutulur
və ağır yaralanır. Atəş səngimək bilmirdi.
|
Bütün varlığı ilə Azərbaycanı
sevən, onu özünə Vətən bilən Yuri Xocavənd
rayonu ərazisində qəhrəmancasına
həlak olur, döyüş yoldaşı isə yaralanır,
ermənilər maşına yaxınlaşanda
partlayış baş verir. Onlar ölüm ayağında
belə bir neçə düşməni məhv edirlər.
Azərbaycan Respublikası Prezidentinin
sərəncamı ilə Yuri Kovalyov
ölümündən sonra Azərbaycanın Milli
Qəhrəmanı adına layiq görülmüşdür.
Şairin igid oğluTəbriz Xəlilbəyli xalq şairi Xəlil Rza
Ulutürkün ailəsində dünyaya göz açmışdı.
Ermənilərin Azərbaycana təcavüzü
və torpaq iddiaları Təbrizi gecə-gündüz
rahat buraxmırdı. O, cəbhəyə
getməyə can atır, Qarabağın işğalçılardan
təmizlənməsində fəal iştirak etmək
istəyirdi. Nəhayət, könüllü olaraq
cəbhəyə yola düşdü.
Təbriz qısa döyüş yolu keçsə də, yoldaşları
arasında böyük nüfuz və hörmət
qazanmışdı. Onu cəsur bir döyüşçü
kimi tanıyırdılar. Təbriz Xəlilbəyli
neçə-neçə yaralı əsgəri atəş altından
çıxarmış, düşmənin xeyli canlı qüvvə-
|