Bayraqdar Natiq
Natiq Səlim oğlu Qasımov 1992-ci ilin
martın əvvəllərində yeddi döyüş yoldaşı
ilə Ağdamın Xramort kəndində yerləşən
alban kilsəsində əlverişli mövqe tutmuşdu.
Burada mühasirəyə düşən igid əsgərlərimiz
erməni silahlı qüvvələri ilə
qeyri-bərabər döyüşə girirlər. Döyüş yoldaşları
həlak olan Natiq Azərbaycan bayrağını
kilsənin üzərinə sancaraq ermənilərlə
təkbaşına döyüşmüş, düşmənə
beş gün inadlı müqavimət göstərmişdir.
Onlara qarşı bütöv bir batalyonun döyüşdüyünü
düşünən ermənilər əsir götürülən
Xocalı sakini Cəfər Cəfərovu danışıq
üçün kilsəyə göndərirlər. Şərt belə idi:
əgər kilsədəki döyüşçülər təslim olmasalar,
ermənilər 22 dinc sakini öldürəcək.
Günahsız sakinlərin öldürülməsini
istəməyən Natiq təslim olur. Onun kilsədən
tək çıxdığını görən erməni quldurları
heyrətə gəlir. Qəhrəman əsgərimiz kilsənin
üzərindəki Azərbaycan bayrağını
çıxararaq sinəsinə basır və təslim olur.
Həmin vaxt Qarabağda ezamiyyətdə
olan Rusiyanın "Oqonyok" nəşrinin jurnalisti
və fotoqraf kimi apardığı Enriko Sarsini
bu mənzərənin şahidi olmuş, şəkillər
çəkmişlər. Üçrəngli Azərbaycan bayrağını
düşmənə verməyən Natiq Qasımov
hələ də itkin düşmüş Azərbaycan vətəndaşlarının
siyahısındadır. Haqqında
2016-cı ildə sənədli film çəkilmişdir.
|
Qəhrəman tankçıMilliyyətcə yəhudi olan Albert Aqarunoviç
Aqarunov müharibənin qızğın vaxtında
könüllü olaraq cəbhəyə yollanır. O
zaman yenicə yaranmaqda olan Milli
Ordumuzun yüksək ixtisaslı tankçılara
böyük ehtiyacı vardı. Albert tank komandiri
təyin edilir və Şuşa cəbhəsinə göndərilir.
Onun tank heyəti tezliklə bütün
cəbhə xəttində şöhrət qazanır. Cəsur
tankçı Xankəndi, Daşaltı və başqa istiqamətlərdə
düşməni dəfələrlə pərən-pərən
salır, onlarla düşməni və xeyli hərbi
texnikanı məhv edir.
Ermənilər Laçına gedən yolu kəsməklə
Şuşanı tam mühasirəyə almaq istəyirdi.
Albert döyüş əmri alır və dərhal
tankını həmin istiqamətə yönəldir. Erməni
tankları ilə aradakı məsafə getdikcə
daralırdı. Fürsəti əldən verməmək
üçün o, tankın sürətini daha
da artırır və sərrast atəşlə düşmənin
öndə gələn tankını məhv edir. Döyüşdə
neçə-neçə düşmən texnikasını sıradan
çıxarır. Albert yenidən həmləyə
keçməyə can atırdı. Şəhid olan piyada
əsgərlərimizin üzərindən keçməmək
üçün tankı saxlayıb onları yoldan kənara
çəkərkən düşmən snayperinə
tuş gəlir. Ölümündən sonra Albert
Aqarunova Azərbaycan Respublikası
Prezidentinin sərəncamı ilə Azərbaycanın
Milli Qəhrəmanı adı verildi.
|