Ağır döyüşlərdən birində yaralanan
Vəzir müalicə aldıqdan sonra yenidən
cəbhəyə qayıtdı. Ağdərənin Qlobus
yüksəkliyi uğrunda gedən ağır döyüşdə
qəhrəmancasına həlak oldu. Ölümündən
sonra Vəzir Orucova Azərbaycan
Respublikası Prezidentinin
sərəncamı ilə Azərbaycanın Milli
Qəhrəmanı adı verilmişdir.
"Əsas qüvvələrin insanları ön xətdən
çıxarmağa çalışdığı bir zamanda Orucov
maşınını atışma gedən istiqamətə sürməyə hazırlaşırdı.
Ora əsil cəhənnəm idi... Orucov mənimlə
birgə yaralılara yardım etmək üçün ön xəttə
getmişdi. Ermənilərin muzdla tutduğu rus əsgərləri
bizi tutmuşdular, güllələmək istəyirdilər. Lakin rus
əsgərlərindən biri məni tanıdığından razılaşdılar
və özününkülərə xəbər verdilər ki, indi bir azərbaycanlı
qaçıb gedəcək və ona güllə atmaq olmaz.
Vəzir isə qaçmadı. O, partladılmış maşınında
qurdalanıb öz silahını tapdı. Sonra da mənimlə
əl verib görüşəndən sonra çıxıb getdi. O elə
addımlayırdı ki, Şekspirin heç bir qəhrəmanı elə
gedə bilməzdi. O, kürəyini arxaya çevirib sakitcə
getməklə sübut edirdi ki, heç vaxt düşmən qarşısından
qaçmayacaq. Heç güllə səsi eşidəndə də
addımlarını sürətləndirmədi. ...
Heç kim inciməsin, ancaq mənim indiyədək tanıdığım ən cəsur insan azərbaycanlı olub". Rus jurnalisti
Aleksandr Nevzorov
Öndə gedən
|
verdi ermənilərin Azərbaycan
torpaqlarına hücumu başlayan kimi könüllülər
batalyonu yaratmış, Ağdamın
bir sıra kəndlərinin müdafiəsində
mərdliklə vuruşmuşdur.
Xocalı faciəsi baş verən zaman Allahverdi
Bağırov əsgərləri ilə bərabər
Əsgəran yaxınlığında yüzlərlə soydaşımızı
xilas etmiş, hətta bəzi kəndləri
düşməndən azad etmişdir. Məhz Allahverdinin
ermənilərlə danışıqları nəticəsində
hərbi operatorlar Seyidağa
Mövsümlü və Çingiz Mustafayev Xocalıda
baş verən faciənin görüntülərini
lentə ala bilmişlər.
Allahverdi Bağırovun ən böyük uğuru
Aranzəmin kəndi uğrunda döyüşdə
olmuşdur. Burada onlarla erməni əsgərini
məhv etmiş, 10 nəfəri isə əsir
götürmüşdü. O inanırdı ki, tezliklə müharibə
bitəcək və qoşunlarımız
Xankəndiyə qədər irəliləyəcəkdir. Lakin
cəsur komandir arzusuna çata bilmədi.
Gözətçi məntəqələrini yoxlayıb
qərargaha dönərkən sürücü ilə birlikdə
minaya düşdü. Azərbaycan Respublikası
Prezidentinin sərəncamı ilə
Allahverdi Bağırova ölümündən sonra
Azərbaycanın Milli Qəhrəmanı adı
verilmişdir.
|