və ərazi bütövlüyünün qorunmasında,
dinc əhalinin təhlükəsizliyinin
təmin edilməsində göstərdiyi şəxsi
igidlik və şücaətə görə Əliyar Əliyevə
ölümündən sonra Azərbaycan Respublikası
Prezidentinin sərəncamı ilə
Azərbaycanın Milli Qəhrəmanı adı
verilmişdir.
Cəsur
azərbaycanlı
Rusiyada yaşayan Vəzir Surxay oğlu
Orucov doğma torpağında gedən döyüşlərdə
iştirak etmək üçün Vətənə
dönmüşdü. Tərtər özünümüdafiə batalyonunda
sıravi döyüşçü kimi mübarizəyə
başlayan Vəzir batalyon komandirinin
müavini vəzifəsinədək
yüksəlmiş, batalyonun kəşfiyyat bölməsinin
rəhbərliyini öz üzərinə götürmüşdü.
Bütün döyüş əməliyyatlarından,
ən azı, bir gün əvvəl bir qrup
döyüşçü ilə düşmən arxasına keçir,
onların canlı qüvvəsi, texnikası barədə
dəqiq məlumatlar gətirirdi. Onun həmişə
uğurla keçən əməliyyatları döyüş
yoldaşlarını ruhlandırır, onları qələbəyə
səsləyirdi. Yoldaşları onu əfsanəvi
qəhrəman kimi tanıyırdılar.
Vəzir Orucov