"Vətən yolunda şəhid olanlar ölmürlər, xalqın
qəlbində, ürəyində əbədi yaşayırlar... Biz
onların qəhrəmanlığı, şəhidliyi ilə fəxr edirik.
Bu bizim millətimizin iftixarıdır".
Ümummilli lider
Heydər Əliyev
"Biz böyüməkdə olan nəslin vətənpərvərlik
ruhunda, milli-mənəvi dəyərlərimiz ruhunda tərbiyə
edilməsinə çox böyük əhəmiyyət veririk".
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev
"Pəhləvanlar
|
atəşə tutuldu. Əliyarın başçılıq etdiyi
dəstə hücumu qətiyyətlə dəf edərək
düşmənə güclü əks-zərbə endirdi.
Cəsur komandirin uzaqgörənliyi nəticəsində
döyüş tam qələbə ilə başa
çatdı, düşmən xeyli canlı qüvvə və
hərbi texnikasını itirərək geri çəkilməyə
məcbur oldu.
Ə.Əliyevin komandiri olduğu hərbi birləşmə
Laçın rayonunun ərazilərini erməni
işğalçılarından azad etmək üçün
güclü əks-hücum əməliyyatına başladı.
Qısa müddət ərzində düşmənin 30-dan
artıq mövqeyi darmadağın edildi.
Laçın rayonunun mərkəzində gedən
döyüşlərdə Əliyarın adı bir əfsanəyə
döndü. Hər yerdə onun igidliyindən
danışırdılar. Onun hərbi birləşməsi "Tikanlı
zəmi" deyilən dağa qədər irəliləmişdi.
Düşmənin xeyli canlı qüvvəsi və
hərbi texnikası məhv edilmişdi. Lakin
o, yüksəkliyə çata bilmədi, düşmən
gülləsinə tuş gələrək şəhid oldu. Qubadlı
rayonunun Qəzyan kəndində
dəfn edildi, rayonda abidəsi qoyuldu.
Azərbaycan Respublikasının suverenliyinin
|