2021-ci il iyulun 7-də Azərbaycan Respublikası
Prezidenti İlham Əliyevin fərmanı ilə
yeni iqtisadi rayonlar, o cümlədən Şərqi Zəngəzur
və Qarabağ iqtisadi rayonları yaradıldı. Maraqlıdır
ki, bu fərman keçmiş DQMV-nin yaradıldığı
tarixdə verildi. Bu fərmanla qondarma
"Dağlıq Qarabağ" ifadəsi tarixin arxivinə göndərildi.
Qarabağ iqtisadi rayonuna daxil olan
ərazilər: Xankəndi şəhəri, Ağcabədi, Ağdam,
Bərdə, Füzuli, Xocavənd, Xocalı, Şuşa və
Tərtər rayonları.
|
şəhərində böyük hava limanı, Şuşaya
çəkilən və "Zəfər yolu" adlandırılan yol
artıq istifadəyə verilmişdir. Zəngilan və
Laçında da hava limanlarının inşası nəzərdə
tutulur. Lakin ərazilərin minalanmış
olması və Ermənistan rəhbərliyinin
bu ərazilərin mina xəritələrinin Azərbaycana
təhvil verməməsi quruculuq işlərinin
həyata keçirilməsinə böyük maneə
törədir. Müharibədən keçən bir
neçə ay ərzində bir neçə Azərbaycan
vətəndaşı minaya düşərək həyatını itirmiş,
bəziləri isə yaralanmışdır.
2021-ci ilin iyunun 12-də birbaşa hərbi
əməliyyatda iştirak etmədiyi və cinayət
törətmədiyi məhkəmə yolu ilə sübuta
yetirilmiş 15 hərbi əsir Ermənistana qaytarıldı.
Əvəzində düşmən tərəfi Ağdamın
mina xəritəsini Azərbaycana təqdim
etdi. Məlum oldu ki, ermənilər Ağdamı
dağıtmaqla kifayətlənməmiş, rayon ərazisinə
97 min ədəd mina basdırmışlar.
Lakin bütün çətinliklərə baxmayaraq,
işğaldan azad edilmiş ərazilərdə tikinti-quruculuq
işləri davam etdirilir. Ağdam
şəhərinin yeni bərpa layihəsi hazırlanıb.
Füzuli şəhərində kiçik elektrik
stansiyası fəaliyyətə başlayıb. Quruculuq
işlərinə xarici şirkətlər də cəlb edilib.
Şübhəsiz ki, Azərbaycan dövlətinin
səyləri nəticəsində yaxın illərdə tamamilə
dağılmış vəziyyətdə olan ərazilərimiz
yenidən çiçəklənəcək, məcburi
köçkünlər öz ata-baba yurdlarına qayıda
biləcəklər.
|