Böyük qayıdışDünya ictimaiyyəti təkcə qələbəmizin
şahidi olmadı. Onlar həm də işğaldan
azad edilmiş ərazilərimizdə ermənilərin
törətdiyi dəhşətli dağıntıları, tarixi
abidələrimizin, qəbristanlıqların məhv
edilməsini də gördülər. Azərbaycan
Prezidenti İlham Əliyevin işğaldan
azad edilmiş bölgələrimizə səfərlərində
ölkəmizdə olan xarici dövlətlərin
və informasiya agentliklərinin nümayəndələri
də iştirak edirlər.
"Qafqazın Hirosiması" adlandırılan Ağdamın
tamamilə dağıdılması, Füzuli,
Cəbrayıl, Zəngilan rayonlarının talanı
erməni vandalizminin əyani nümunələri
kimi dünya ictimaiyyətini də heyrətə
gətirdi.
İndi dövlətimizin qarşısında duran ən
böyük məsələ işğaldan azad edilmiş
ərazilərdə quruculuq işlərinin aparılması,
məcburi köçkünlərin tezliklə öz
yurd-yuvalarına qayıtmasıdır.
Azərbaycan Respublikası Prezidentinin
göstərişi ilə qısa müddət ərzində Füzuli
|