Vətən müharibəsinin ilk günlərindən,
daha doğrusu, ilk saatlarından
Türkiyənin dəstəyini hiss edirdik.
Türkiyənin Cümhur Başqanı Rəcəb
Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın
haqq işinə öz dəstəyini verdi.
Onun açıq, birmənalı və sərt açıqlamaları
Azərbaycan xalqını çox sevindirdi.
...Bu gün biz birlikdə Zəfər paradında
iştirak edərkən bir daha bizim birliyimizi
həm xalqlarımıza, eyni zamanda,
bütün dünyaya göstəririk.
Müzəffər Ali Baş Komandan
İlham Əliyev
|
Bu gün Azərbaycanın milli şairi,
böyük mücahid Əhməd bəy
Cavadın ruhunun şad olduğu gündür.
Bu gün Nuru paşanın, Ənvər paşanın,
Qafqaz İslam Ordusunun igid əsgərlərinin
ruhunun şad olduğu gündür. Bu
gün Azərbaycan şəhidlərinin sərdarı
Mübariz İbrahimovun ruhunun şad
olduğu gündür. Bu gün hamımız üçün,
bütün türk dünyası üçün zəfər və qürur
günüdür.
Türkiyə Respublikasının Prezidenti
Rəcəb Tayyib Ərdoğan
|