gəlmişdi, amma hərbi qənimət kimi!
Paradda düşmənin döyüş maşınlarının
dövlət nişanlarından ibarət stend
də nümayiş etdirildi. Bu göstəri Birinci
Qarabağ savaşından sonra ermənilərin
atdığı analoji addımın daha
sərt qarşılığı oldu. Zəfər paradında
Azərbaycan Respublikasının Prezidenti,
Müzəffər Ali Baş Komandan
İlham
Əliyev və Türkiyə Respublikasının
Prezidenti Rəcəb Tayyib Ərdoğan
çıxış edərək Vətən müharibəsində
qazanılmış qələbənin əhəmiyyətini,
həmçinin ölkələrimizin sarsılmaz birliyini
dünyaya bir daha çatdırdılar.
|