Lakin bununla yanaşı, əgər danışıqlar
prosesi nəticə verməzsə, işğal edilmiş
ərazilərin hərb yolu ilə azad ediləcəyi
Ermənistan rəhbərliyinin və Minsk qrupunun
həmsədr ölkələrinin diqqətinə
çatdırılmışdı. İlham Əliyevin 2003-cü
ildə prezident seçilməsindən sonra
ordu quruculuğuna diqqət daha da artırıldı.
Yeni hərbi doktrina hazırlandı,
Azərbaycan Ordusunun döyüş qabiliyyətinin
daha da artırılması üçün mühüm
addımlar atıldı. 2003-cü ildən keçən
dövr ərzində hərbi xərclərə dövlət büdcəsindən
ayrılan vəsait bütün Ermənistan
büdcəsinə bərabər və ya ondan
da çox olmuşdur. Bütün bu amillər 44
günlük Vətən müharibəsindəki böyük
qələbəmizdə həlledici rol oynadı. Rəşadətli
ordumuz havada və quruda düşmənə
aman vermədi.
Düşmənin itkiləri o qədər böyük oldu ki, müharibənin sonuna yaxın, demək olar ki, ordusuz qaldı. Çətin döyüş şərtlərinə, bütün strateji yüksəkliklərin düşmənin əlində olmasına baxmayaraq, Azərbaycan Ordusu inanılmaz manevrlər edərək düşmənin "alınmaz" hesab etdiyi müdafiə xətlərini bir-birinin ardınca ələ keçirdi. Kiçik qruplarla düşmən içərisinə sızan qəhrəman əsgərlərimiz az qüvvə ilə düşmənin sayca üstün qüvvələrini darmadağın edib müqəddəs torpaqlarımızdan qovdu. Yalnız Rusiyanın vasitəçiliyi və məsələyə müdaxiləsi |
Ermənistanı tam hərbi və
siyasi fəlakətdən xilas etdi. Düzgün
düşünülmüş taktika və strategiya, düşmənin
hərbi-müşahidə məntəqələrinin,
möhkəmləndirilmiş mövqelərinin və
gizlədilmiş döyüş texnikalarının PUA və
dəqiq artilleriya zərbələri ilə məhv edilməsi,
hərbçilərimizin döyüş bacarığı,
yüksək rütbəli zabitlərimizin də öz əsgərləri
ilə səngərlərdə çiyin- çiyinə döyüşməsi
hərb tariximizin qızıl hərflərlə
yazılmış şanlı səhifəsidir. Təəssüf ki,
müharibə qansız-qadasız olmur. Vətən
müharibəsi dövründə Azərbaycan Ordusu
2908 nəfər şəhid verdi, 6 nəfər isə
itkin düşdü. Dövlətimiz və xalqımız öz
şəhidlərini ehtiramla dəfn etdi. Hər dəfn
mərasimi isə təntənəli yürüşə çevrilirdi.
Heç kim əyilmir, heç kim sarsılmırdı. Əksinə,
bu mərasimlər torpaqlarımızı işğal
etmiş düşmənə nifrət hissini daha da
artırırdı. Azərbaycan əsgərləri saysız-
hesabsız qəhrəmanlıq nümunələri
ilə dastan yazdılar. Bütün bunlar Azərbaycana
qarşı münasibətin dəyişməsinə,
dünyanın hər yerində xalqımıza
qarşı açıq-aşkar rəğbət və hörmət hissinin
formalaşmasına böyük təsir
göstərdi.
Azərbaycan Respublikası Prezidentinin
müvafiq sərəncamları ilə hər il
27 sentyabr Anım Günü, 8 noyabr
isə Zəfər Günü kimi qeyd ediləcək.
|