Türkiyə Respublikası Azərbaycana ən
böyük mənəvi-siyasi dəstək verən ölkə
idi. Türkiyənin Prezidenti Rəcəb Tayyib
Ərdoğan müharibənin ilk günlərindən
çəkinmədən dünyaya "Azərbaycanın
yanındayıq" mesajını verdi.
Türkiyə rəsmiləri 44 günlük Vətən müharibəsi dövründə bir neçə dəfə Azərbaycana səfər etmiş, ölkəmizin haqlı mövqeyini diplomatik tribunalardan da müdafiə etmişlər. Bütün bunlar "Bir millət, iki dövlət" ideyasının təntənəsi idi. Rusiya prezidenti Vladimir Putin də
Azərbaycanın öz ərazisində müharibə
apardığını əsas gətirərək Ermənistan
baş nazirinin kömək üçün xahişlərini
rədd etdi. Qonşu İran İslam Respublikasının
rəhbərliyi də Azərbaycan Respublikasını
müdafiə edən bəyanat verdi.
Beləliklə, Vətən müharibəsi dövründə
Azərbaycanın diplomatik səyləri nəticəsində
işğalçı ölkə olan Ermənistan
region ölkələri arasında təklənmiş vəziyyətə
düşdü, siyasi, diplomatik və informasiya
sahələrində də tamamilə
məğlub edildi.
|