Diplomatiyada
|
2020-ci il oktyabrın 19-da BMT Təhlükəsizlik
Şurasında Ermənistan-Azərbaycan
münaqişəsi ilə əlaqədar keçirilmiş
müzakirələrdən sonra Təhlükəsizlik
Şurasının adından Rusiya və Fransa
tərəfindən bəyanat layihəsi hazırlandı.
Lakin layihədə BMT Təhlükəsizlik Şurasının
işğal edilmiş Azərbaycan əraziləri
barəsində olan qətnamələrə istinad yox
idi. BMT Təhlükəsizlik Şurasının qeyri-daimi,
o cümlədən Qoşulmama Hərəkatının
üzvü olan ölkələr həmin qətnamələrin
bəyanata daxil edilməsində
israr etdi. Nəticədə münaqişə haqqında
əsil həqiqətləri özündə əks etdirməyən
layihə geri götürüldü. Bu, Qoşulmama
Hərəkatına sədrlik edən
Azərbaycanın mühüm qələbəsi idi.
Beləliklə, müzəffər ordumuz Qarabağ
uğrunda döyüşlərdə, Azərbaycan diplomatiyası
isə beynəlxalq arenada ardıcıl
qələbələr qazandı. Müharibənin ilk
|