Beləliklə, sentyabrın 27-dən
başlayan Vətən müharibəsi
Azərbaycanın qələbəsi ilə başa
çatdı. Ermənistan öz üzərinə
götürdüyü öhdəliyi yerinə yetirmək
məcburiyyətində qalaraq
2020-ci il noyabrın 20-də Ağdam,
noyabrın 25-də Kəlbəcər,
dekabrın 1-də isə Laçın rayonlarını
Azərbaycana təhvil
verdi.
"Şuşanın işğaldan azad
edilməsi bizim gücümüzü
göstərdi. Ordumuzun
peşəkarlığını, hərbçilərimizin
cəsarətini, qəhrəmanlığını
göstərdi. Şuşanın götürülməsi
çox böyük peşəkarlıq,
cəsarət tələb edən əməliyyat
idi. Əminəm ki, bu əməliyyat
dünya hərb tarixində xüsusi
yer tutacaqdır. Çünki bu əməliyyatı
yalnız yüngül silahlarla
silahlanmış bizim qəhrəman
hərbçilərimiz dağlardan,
meşələrdən, cığırlardan
keçərək icra ediblər. Şuşanın
işğaldan azad edilməsi bizim
şanlı Qələbəmizdir".
Müzəffər Ali Baş Komandan
İlham Əliyev
"Bu gün bir çox ölkələrdə,
inkişaf etmiş ölkələrdə
bizim təcrübəmiz öyrənilir.
Bu gün bu məsələ ilə məşğul
olan bir çox ekspertlər qeyd
edirlər ki, Azərbaycan XXI
əsrin müharibəsini aparıb.
XXI əsrdə ilk dəfə olaraq, bu
miqyasda və bu səmərə ilə
qısa müddət ərzində tarixi
nailiyyətlər əldə edilib".
Müzəffər Ali Baş Komandan
İlham Əliyev
|