çox yaşayış məntəqəsini işğalçılardan
azad edib və əslində, bu, düşmənə vurulan
son zərbə idi. Təsadüfi deyil ki,
noyabrın 10-da düşmən faktiki olaraq
kapitulyasiya aktını imzaladı. Şuşanın
azad edilməsi müharibənin taleyini həll
etdi. Noyabrın 9-dan 10-na keçən gecə
Rusiya, Azərbaycan, Ermənistan rəhbərləri
üçtərəfli bəyanat imzaladı. Hərbi
əməliyyatlar dayandırıldı. Bu bəya-
|
nat Azərbaycanın qələbəsini,
Ermənistanın isə məğlubiyyətini rəsmiləşdirən
sənəd idi. Bəyanatda işğalçı
ölkə qoşunlarını Azərbaycanın digər işğal
altındakı ərazilərindən – Ağdam,
Kəlbəcər və Laçından çıxaracağını,
Zəngəzurdan Naxçıvana dəhliz açacağını
öz öhdəsinə götürürdü. Münaqişə
zonasına isə Rusiya sülhməramlıları
yerləşdirilirdi.
|
Azərbaycan Respub-
|