Şuşa əməliyyatıVətən müharibəsində Azərbaycan Ordusunun
şah əsəri Şuşa əməliyyatı
oldu. Düşmən Qarabağımızın gözü sayılan
bu şəhəri təxminən 1500-2000
nəfərlik qüvvə və çoxsaylı hərbi texnika
ilə müdafiə edirdi. Onlar Pənahəli xanın
tikdirdiyi qala-şəhərin alınmazlığına
əmin idilər.
Lakin general Hikmət Mirzəyevin rəhbərlik etdiyi Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələri doğma Şuşanı azad etməkdə qərarlı idi. Onlar cəmi 400 nəfərlik dəstə ilə əsas yoldan deyil, düşmənin ağlına belə gəlməyəcək bir istiqamətdən – sıldırım qayalıqlardan dırmaşaraq şəhərə daxil oldular. Yalnız yüngül silahlarla silahlanmış qəhrəman əsgərlərimiz 4 tərəfdən düşmənin içərisinə ustalıqla sızaraq əlbəyaxa |
döyüşdə Ermənistan ordusunun
qüvvələrini məhv etdilər. Düşmən
yüzlərlə döyüşçüsünün cəsədini döyüş
meydanında qoyaraq qaçmağa məcbur
oldu. 2020-ci il noyabrın 8-də Şuşa düşmən
tapdağından azad edildi.
Şuşa uğrunda döyüşlərə qədər ordumuzun qələbələrini üstün hərbi texnikaya, PUA-a bağlayan hərbi ekspertlər, həmçinin dünya mediası ordumuzun şəxsi heyətinin döyüş ruhu və bacarığı qarşısında heyrətlərini gizlədə bilmədilər. Bu qələbə Azərbaycanın düşmən üzərində həlledici üstünlüyünü təmin etdi. Şuşa işğaldan azad olunandan sonra artıq düşmən dərk etdi ki, bundan sonra müqavimət göstərmək heç bir əhəmiyyət kəsb etməyəcək. Şuşa işğaldan azad olunandan bir gün sonra qəhrəman Azərbaycan Ordusu daha 70-dən |