2020-ci il oktyabrın 9-da Rusiya Federasiyası
Prezidenti V.Putinin vasitəçiliyi
ilə Moskvada Azərbaycan və Ermənistan
XİN-nin görüşü baş tutdu. Görüşdə
humanitar atəşkəs*in elan edilməsi ilə
bağlı razılıq əldə edildi. Lakin əldə
edilən atəşkəsi elə özləri də pozdular.
Oktyabrın 11-də gecə saat 2 radələrində
Ermənistan silahlı qüvvələri tərəfindən
Azərbaycanın ikinci böyük
şəhəri olan və müharibə zonasından
uzaqda yerləşən Gəncə şəhəri qadağan
edilmiş raketlərlə atəşə tutuldu.
Nəticədə 10 nəfər dinc sakin həyatını
itirdi, 35 nəfər yaralandı. Ümumiyyətlə,
hərbi cinayətlər nəticəsində 12-si uşaq,
27-si qadın olmaqla, 93 mülki şəxs həlak
oldu, 454 mülki vətəndaş yaralandı
və evsiz-eşiksiz qaldı.
|