Suda batan
saman çöpündən
yapışar
Döyüş meydanında məğlub olan və vəziyyətin
getdikcə ağırlaşdığını görən
Ermənistan rəhbərliyi dünya dövlətlərindən,
havadarlarından imdad diləməyə
başlamışdı. Qarabağın üzük qaşı hesab
edilən Şuşada, Cıdır düzündə qol açıb
oynayan, orada qondarma rejimin rəhbərliyi
üçün "andiçmə" mərasimi keçirən
Ermənistanın baş naziri cəbhədəki ağır
məğlubiyyətlərini diplomatik yolla sığortalamağa
çalışırdı. Onun əsas
məqsədi nəyin bahasına olursa-olsun,
ordumuzun zəfər yürüşünü dayandırmaq
idi. Ermənistan rəhbərliyi, demək
olar ki, hər gün bir ölkəyə kömək üçün
müraciət edir, onları Azərbaycanı durdurmağa
çağırırdı.
Azərbaycan Prezidenti İlham Əliyev isə
hərbi əməliyyatlar başlayandan dərhal
sonra onu dayandırmağın yollarını
açıq şəkildə bəyan etmişdi: Ermənistan
öz silahlı qüvvələrini Azərbaycandan
çıxarmalı, Azərbaycanın ərazi bütövlüyünü
tanımalı, işğal edilmiş rayonların
geri qaytarılmasının qrafikini təqdim etməlidir.
Mülki əhaliyə
qarşı törədilən
cinayətlər
Cəbhədə, döyüş meydanında sarsıdıcı
məğlubiyyətlərdən və verdiyi böyük itkilərdən
azğınlaşan düşmən Azərbaycanın
mülki yaşayış məntəqələrini,
dinc əhalini hədəfə almağa başladı.
|
Vətən uğrunda döyüşlərdə iştirak
edən 22 yaşlı Xudayar Müslüm oğlu
Yusifzadənin adı dillər əzbəridir. Sərhəd
qoşunlarında xidmət edən igid
döyüşçümüz Füzuli, Hadrut, Zəngilan
və Qubadlı uğrunda gedən döyüşlərdə
iştirak etmişdir. Təkcə igidliyi ilə
deyil, gülər üzü və məlahətli səsi ilə
də əsgər yoldaşlarını daim qələbəyə
ruhlandırırdı. Yaralı döyüş yoldaşlarını
atəş altından çıxaran Xudayar Yusifzadə
Zəngilan uğrunda gedən döyüşlərdə
qəhrəmancasına şəhid olmuşdur.
Ölümündən sonra "Azərbaycan
Bayrağı" ordeni, "Vətən uğrunda",
"Zəngilanın azad olunmasına görə"
medalları ilə təltif edilən Xudayarın
cəbhə xəttində oxuduğu (sözləri məşhur
qəzəlxan Əliağa Vahidə, musiqisi
isə qocaman xanəndəmiz Əlibaba
Məmmədova məxsusdur) "Vətən yaxşıdır"
təsnifi şəhidimizin simfoniyasına
çevrildi. Xalq artisti Əlibaba Məmmədov
isə bəstələdiyi bu mahnını
şəhidimizin şərəfinə "Xudayar təsnifi"
adlandırdığını elan etdi.
Təmas xəttindən uzaqda yerləşən yaşayış
məntəqələrimizi, dinc əhalini raket
atəşinə tutan erməni hərbçiləri bununla
ölkəmizdə vahimə və qarışıqlıq
yaradacağına ümid edirdi. Oktyabrın
əvvəllərindən başlayaraq Tərtər, Bərdə,
Beyləqan və Gəncə şəhərləri
|