Sentyabrın 27-də
"Spayk" uzunmənzilli
raketlərlə silahlanmış
"Mi-17" helikopteri
ilə uçuşlar
həyata keçirən
Ramiz Vaqif oğlu
Qasımov Tərtər istiqamətində
düşmənin
strateji əhəmiyyətli
hədəflərini, bir neçə "OSA" zenit-raket
kompleksini və P-19 radiotexniki vasitəsini məhv
etmişdi. Növbəti uçuşlarının birində düşmən atəşi
nəticəsində onun helikopteri vuruldu. Qəhrəman
polkovnik-leytenant heyətə hava maşınını tərk etməyi
əmr edir. Özü isə yanmaqda olan helikopteri
yaşayış məntəqəsindən uzaqlaşdırır və boş sahəyə
yönəldir. Helikopteri ən axırda tərk edən Ramiz Qasımov
başından aldığı ağır zədədən komaya düşür.
Həkimlərin səyinə baxmayaraq, igid polkovnik-leytenantın
həyatını xilas etmək mümkün olmur.
Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə
polkovnik-leytenant Ramiz Qasımov ölümündən
sonra "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq
görülmüş, "Vətən uğrunda", "Ağdamın azad olunmasına
görə" medalları ilə təltif edilmişdir.
Ermənistan tərəfi isə bütün bu məğlubiyyətləri
"taktiki geriçəkilmə" adlandırır,
həlledici zərbə endirəcəkləri barədə
məlumat yayırdı. Oktyabrın 9-da
Hadrut qəsəbəsi düşməndən təmizləndi.
Hadrutun işğaldan azad edilməsi ilə
Şuşaya gedən yol açılırdı. Hərbi-strateji
əhəmiyyəti baxımından Hadrutun azad
edilməsi 44 günlük savaşın taleyini
müəyyən etdi.
Nəhayət, oktyabrın 17-də müzəffər Azərbaycan
Ordusunun Cəbrayıl, Hadrut və
Xocavənd istiqamətlərindən mühasirəyə
aldığı Füzuli şəhəri də düşməndən tam
azad edildi. Artıq Zəngilana və Qubadlıya
da yol açılmışdı. Uğurla başa çatan
Füzuli əməliyyatı ilə ordumuz düşmən
üzərində həm də mənəvi-psixoloji
|
''Onu da deməliyəm ki, artıq Hadrut
bizim əlimizdə olan zaman Ermənistan
rəhbərliyi, rəsmi şəxslər, eyni
zamanda Ermənistanın dəyirmanına
su tökən bəzi xarici jurnalistlər bəyan
edirdilər ki, Hadrut ermənilərin əlindədir.
Mən bu günə qədər başa düşə
bilmirəm ki, Ermənistan rəhbərliyi nə
üçün öz xalqını aldadırdı? Biz dəqiq bilirdik
ki, Hadrut bizdədir. Biz bilirdik ki,
artıq Ermənistan ordusu burada tamamilə
məhv edilib və sağ qalan erməni
hərbçilər buradan qorxaqcasına qaçıb
dağlarda gizlənmişdilər. Hadrut tam
bizdə idi. Ancaq bəzi xarici jurnalistlər
bildirirdilər ki, guya Hadrut ermənilərin
əlindədir. Hadrutun azad edilməsindən
sonra biz Şuşaya istiqamət götürdük.
Şuşa əməliyyatının uğurlu keçirilməsi
üçün məhz Hadrutu azad etmək
önəmli idi. Yenə də düşmənin bizi
gözləmədiyi istiqamətdən Şuşaya yaxınlaşdıq.
Dağlardan, dərələrdən, sıldırım
qayalardan keçərək, o qayaları dırmaşaraq
biz Şuşanı işğalçılardan azad etdik.
Ona görə Hadrut əməliyyatı dünyanın
hərb elmində xüsusi yer tutacaq''.
Müzəffər Ali Baş Komandan
İlham Əliyev
qələbə qazandı. Nə Ermənistan hərbi
rəhbərliyinin "keçilməz" deyə öyündüyü
bir neçə xətdən ibarət müdafiə eşalonları,
nə də 30 il ərzində qurduqları
yeraltı-yerüstü istehkam və bunkerlər
onların köməyinə çatdı. Azərbaycan
Ordusunun sarsıdıcı zərbələri düşmən
əsgərlərinin müqavimətini, gücünü tamamilə
qırdı. Səmada isə PUA-larımız
düşmənə səngərlərindən baş çıxarmağa
belə imkan vermədi.
Düşmənin uydurduğu və uzun illər təbliğ
etdiyi "məğlubedilməz erməni ordusu"
haqqındakı mif bir neçə gün içərisində
elə dünyanın gözü qarşısında
|