2021-2022-ci tədris ilindən ümumi təhsil
müəssisələrində "Zəfər tarixi" tədris olunur.
Kursun tədrisində əsas məqsəd şanlı ordu-
muzun qazandığı zəfərin tarixi əhəmiyyətini
vurğulamaq, şagirdlərimizin milli-mənəvi
dəyərlərə malik vətənpərvər ruhda yetiş-
mələrinə yardımçı olmaqdır.
Dərs vəsaitində Ermənistan-Azərbaycan
münaqişəsinin baş verməsi, azərbaycanlı
əhalinin soyqırımına məruz qalması, Qara-
bağın dağlıq hissəsinin və ona bitişik əra-
zilərin Ermənistanın təcavüzü nəticəsində
işğal olunması, atəşkəs rejimi, 2016-cı ilin
aprel döyüşləri, 2020-ci ildə 44 günlük
Vətən müharibəsi və azad olunmuş torpaq-
larımızda quruculuq işlərinin aparılması,
Ümummilli lider Heydər Əliyevin ordu qu-
ruculuğu və Azərbaycan həqiqətlərinin
beynəlxalq ictimaiyyətə çatdırılması sahə-
sində gördüyü böyük işlər, Azərbaycan
Respublikasının Prezidenti, Müzəffər Ali
Baş Komandan İlham Əliyevin işğal altında
olan torpaqlarımızın azad olunmasında
göstərdiyi müstəsna xidmətləri diqqət
mərkəzində saxlanılmışdır.
İnanırıq ki, siz Zəfər tariximizin öyrənilmə-
sinə xüsusi həssaslıqla yanaşacaq, onun
təbliğ olunmasında mühüm rol oynayacaq-
sınız!