Ermənistan ordusu bölmələrinə sarsıdıcı
zərbə endirildi. Canlı qüvvə baxımından
böyük itkilər verən düşmən hərbi
texnikalarını da döyüş meydanında atıb
qaçdı. Təkcə bu əməliyyatda 27 düşmən
tankı qənimət kimi ələ keçirildi,
onlarla hərbi texnika isə məhv edildi.
Vətən müharibəsində Ermənistan işğalından
azad edilmiş ilk rayon mərkəzi
olan Cəbrayıla qələbə bayrağı sancıldı.
Oktyabrın əvvəllərində Ağdərə istiqamətində
düşmənə zərbə endirən
qoşunlarımız
buradakı böyük strateji
əhəmiyyətə malik Madagiz (Suqovuşan)
yaşayış məntəqəsini azad etdi.
Elə həmin gün Azərbaycan Respublikası
Prezidentinin fərmanı ilə məntəqənin
adı Suqovuşan adlandırıldı.
|
İlham Əliyev@azpresident
Bu gün #Azərbaycan ordusu
#Madagizdə Azərbaycan bayrağını qaldırdı. Madagiz bizimdir. #Qarabağ Azərbaycandır! İlham Əliyev@azpresident
2020-ci il oktyabrın 3-dən #Madagizin
tarixi adını bərpa edirəm. Bundan sonra #Suqovuşan adlandırılır. #Qarabağ #Azərbaycandır! |