Füzuli uğrunda
döyüşlər
Düşmən tərəfi ilk günlərdən geri çəkilmələrini
"taktiki gediş" adlandırır, guya
Azərbaycan Ordusuna dağlıq ərazilərdə
zərbə endirəcəklərindən dəm vururdular.
2020-ci il oktyabrın 3-dən 17-dək davam
edən bu əməliyyata Azərbaycan
Ordusunun generalları: Mais Bərxudarov
və Hikmət Mirzəyev rəhbərlik edirdi.
Cənub-qərb istiqamətində düşmənə
ağır zərbələr endirən ordumuz oktyabrın
4-də Cəbrayıl şəhərini və bir neçə
kəndi işğaldan azad etdi. Xocavənd istiqamətində
də bir neçə kəndi erməni
quldur dəstələrindən təmizləyən ordumuz
əks-hücuma cəhd edən düşmənin
mövqelərimizin içərilərinə doğru irəliləməsinə
bilərəkdən mane olmadı.
Hadrutdan Araz çayı istiqamətində
hərəkət edən Ermənistan silahlı birləşmələrinin
əsas məqsədi qüvvələrimizi
parçalamaq və ayrı-ayrılıqda məğlub etmək
idi. Düşmənin niyyəti haqqında
kəşfiyyat məlumatlarına malik olan ordumuz
onların özünü tələyə saldı.
Cəbrayıldan şimala yönələn hərbi birləşmələrimiz
tarixi "Turan taktikasını"
tətbiq edərək düşmənin 12 minlik hərbi
qruplaşmasını mühasirəyə aldı.