ABŞ-ın Çikaqo ştatında yerləşən "Bulletin
of the Atomic Scentists" analitik
mərkəzinin "The Bulletin" adlı elektron
nəşri Azərbaycan Ordusunun bu taktikası
haqqında yazır:
"Bununla da Azərbaycan dünyaya nümayiş
etdirdi ki, hətta AN-2 kimi köhnəlmiş
texnikanı da yeni profilə gətirmək
və dron (PUA) kimi effektiv şəkildə
müharibədə istifadə etmək olar. ...Digər
ölkələr, xüsusilə də öz arsenalında
bolluca köhnəlmiş sovet texnikaları
olan ölkələr, yəqin ki, Azərbaycanın bu
nümunəsindən istifadə edəcəklər".
"The Bulletin"in hərbi təhlilçiləri qeyd
edirlər ki, 2018-ci ildə ilk dəfə Çin bu
təyyarələri pilotsuz yük təyyarələrinə
çevirmişdi. Azərbaycan isə başqa yola
gedib və texnikanın profilini döyüş
aparmaq üçün dəyişdirmişdir.