Vətən müharibəsi.
|
əhəmiyyətli Murovdağ silsiləsindəki
yüksəklikləri ələ keçirdi.
Müharibənin ilk günlərindən etibarən
Pilotsuz Uçuş Aparatlarının (PUA)
köməyi ilə Ermənistan ordusunun
Hava Hücumundan Müdafiə Sistemləri
sıradan çıxarıldı. Bu sistemlərin aşkara
çıxarılıb məhv edilməsi üçün əvvəlcə
köhnə və ucuz pilotsuz uçuş təyyarələrinə
çevrilmiş yüngül, çoxtəyinatlı
təyyarə növü AN (Antonov-2) təyyarələri
havaya buraxılırdı. Onlardan
yalançı hədəf kimi istifadə edilirdi.
Bunu həqiqi döyüş təyyarələri hesab
edən düşmən isə "hədəf"i atəşə tuturdu.
Müəyyən edilən atəş nöqtələri
isə Türkiyə istehsalı olan "Bayraktar",
İsrail istehsalı olan "Harop" və Azərbaycanın
yerli istehsalı olan "Zərbə"
adlı PUA-larla məhv edilirdi.
Bu, dünya hərb tarixində bir ilk idi. Müharibənin
ilk günlərində Ermənistan
Müdafiə Nazirliyi hər gün Azərbaycanın
bir neçə qırıcı təyyarəsinin vurulduğunu
fəxrlə bəyan edirdi.
|