"...Münaqişənin yalnız iki tərəfi var: Ermənistan və Azərbaycan.
Lakin son illər ərzində Ermənistandakı indiki hakimiyyətin
törətdiyi Soros çevrilişindən sonra nələr baş verdi? Ermənistanın
baş naziri açıq-aşkar bəyan edir ki, "Qarabağ
Ermənistandır və nöqtə". Belə olan halda hansı danışıqlar prosesindən
söhbət gedə bilər? Axı ATƏT-in Minsk qrupu tərəfindən
işlənib hazırlanmış prinsiplərin mahiyyəti bundan ibarətdir
ki, keçmiş "Dağlıq Qarabağ Muxtar Vilayəti" və ətrafındakı ərazilər
Azərbaycana verilməlidir.
...Deməli, Ermənistan bilərəkdən danışıqlar prosesini pozur və
qəbuledilməz
tələblər irəli sürür. Əgər Minsk qrupu nizamlamaya
kimin əngəl olması barədə daha fəal danışmağa başlayırsa,
sentyabrın 27-də, bundan əvvəl isə iyulun 12-də olduğu
kimi təxribatlar törədirlər. Bizim dövlət sərhədindəki
mövqelərə hücum edilib. Sonra avqustun 23-də Ermənistanın
təxribat qrupu tutulub, bu qrupun başçısı təmas xəttində saxlanılıb. Bütün bunlar Azərbaycanı təqsirləndirmək,
sonra üçüncü tərəfləri cəlb etmək və beləliklə, danışıqlar prosesini pozmaq üçün edilir".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Rossiya-1" telekanalının
"60 dəqiqə" proqramına müsahibəsindən. 29 sentyabr, 2020-ci il