canlarını fəda edərək düşmən ayağının
torpağımıza dəyməsinin qarşısını
mərdliklə aldı.
Qarabağ cəbhəsində qəhrəman
Azərbaycan Ordusu qarşısında tab
gətirə bilməyəcəyini anlayan düşmən
üzv olduğu Kollektiv Təhlükəsizlik
Müqaviləsi Təşkilatı*nı buraya cəlb
etməyə çalışırdı.
Kollektiv Təhlükəsizlik Müqaviləsi
Təşkilatı – 15 may 1992-ci il tarixində
əsası qoyulmuş hökumətlərarası hərbi
ittifaqdır. İttifaqa Müstəqil Dövlətlər
Birliyinə üzv olan Rusiya Federasiyası,
Ermənistan, Qazaxıstan, Qırğızıstan,
Tacikistan və Belarus daxildir.
Ermənistan Tovuz döyüşlərində üstünlük
qazanacağı təqdirdə Tovuz və Qazax rayonları
istiqamətindəki ərazilərimizdən
keçən Bakı–Tbilisi–Ceyhan əsas ixrac
neft boru kəməri, Bakı–Tbilisi–Ərzurum
qaz boru kəməri, Böyük İpək yolu, Bakı–
Tbilisi–Qars dəmiryolu təhlükə altına
düşəcəkdi. Rəşadətli Azərbaycan Ordusu
düşmənin və onun havadarlarının bu
məkrli planını alt-üst etdi.
Aprel döyüşləri kimi, Tovuz döyüşləri
də Ermənistanın məğlubedilməzlik mifini
bir daha puç etdi. İşğal olunmuş
ərazilərimizi azad etmək üçün bütün
vətənpərvər insanlar özlərini Vətənin
əsgəri hesab edərək hərbi komissarlıqlara
üz tutdular. Erməni təxribatları
isə dayanmırdı. 2020-ci ilin avqust
ayında təmas xəttini keçməyə çalışan
kəşfiyyat təxribat qrupu hərbçilərimiz
tərəfindən zərərsizləşdirildi. Qrupun
rəhbəri əsir götürüldü. Bütün bunlar
Ermənistanın yeni müharibəyə hazırlaşdığından
xəbər verirdi.
|
|