sunun dəqiq atəşi ilə qarşı tərəfin dayaq
məntəqəsi, artilleriya qurğuları,
hərbi hissəsi ərazisindəki avtomobil
texnikası və canlı qüvvəsi məhv edildi.
Ermənistan hərbi bölmələri ictimaiyyəti
çaşdırmaq üçün Tovuz rayonunun Ağdam
kəndi istiqamətində yerləşən Qaraqaya
yüksəkliyini ələ keçirdikləri
barədə məlumat yaydı. Ancaq ordumuzun
rəhbərliyi heç bir ərazi itkisinin
olmadığını, mövqelərin əvvəlki qaydada
qaldığını bəyan etdi.
Tərəflər arasında atəşkəs elan edilməsinə
baxmayaraq, Ermənistan silahlı
qüvvələrinin bölmələri iyulun 14-ü
səhər saatlarından başlayaraq Tovuz
rayonunun Ağdam və Əlibəyli kəndlərini
müxtəlif çaplı silahlardan atəşə tutaraq
hücum etməyə cəhd göstərdi.
Hücumun qarşısını qəhrəmanlıqla dəf
edən zaman Azərbaycan Ordusunun
general-mayoru Polad Həşimov,
polkovnik
İlqar Mirzəyev və bir neçə
döyüşçümüz şəhid oldu.
Əsgərlərinin və döyüş yoldaşlarının böyük
rəğbətini və sevgisini qazanan səngər
generalının şəhadəti bütün Azərbaycanı
ayağa qaldırdı. Onun və
silahdaşlarının qəhrəmancasına həlak
olması artıq ordumuzun səbir kasasını
daşırdı. Azərbaycan Ordusu ermənilərin
komanda məntəqəsinə hücum etdi.
Düşmənə məxsus müxtəlif təyinatlı hərbi
texnika, döyüş vasitələri, komanda
məntəqəsi, müdafiəsinin dərinliyindəki
ehtiyatlar və canlı qüvvə məhv edildi.
Bir neçə gün davam edən Tovuz döyüşləri
göstərdi ki, Azərbaycan Ordusu
gözlənilməz hücumun qarşısını almağa
həmişə hazırdır. Döyüşlərdə
düşmənə göz dağı olan igid oğullarımız
Vətən torpağının azadlığı yolunda