İlham Əliyevin
|
Qarabağ klanı - Birinci Qarabağ müharibəsi
zamanı azərbaycanlı əhaliyə qarşı qırğınlar
törətmiş, daha sonra Ermənistanda
hakimiyyətə gəlmiş siyasi-hərbi rəhbərlik
Narazılıqlar 2018-ci ilin aprelində Ermənistanda
hakimiyyət böhranına gətirib
çıxardı və Nikol Paşinyanın hakimiyyətə
gəlməsinə şərait yaratdı.
Maraqlıdır ki, hakimiyyət böhranı zamanı
Qarabağda atəşkəs rejimi pozulmadı.
Ermənistan və Azərbaycan arasında
əhalini sülhə hazırlamaq barədə razılıq
əldə edildiyi açıqlandığına görə, Paşinyanın
hakimiyyətə gəlişi həm vasitəçilərdə,
həm də bu iki ölkədə sülhə
ümid yaratdı. Amma sonrakı görüşlər
bütün "ümidləri" puça çıxartdı. Çünki
ermənilər problemdən çıxış yolu axtarmaq
üçün birgə əməkdaşlıq əvəzinə,
yenidən təxribatlara başladılar. Paşinyanın
danışıqlara Dağlıq Qarabağ separatçılarının
da tərəf kimi cəlb edilməsi
tələbi yenidən Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin
kəskin etirazlarına səbəb oldu. Ermənistanın
baş naziri danışıqlar prosesinə
zərbə vuran addımlar atmağa
başladı. Dağlıq Qarabağdakı qondarma
rejim rəhbərinin Şuşada "andiçmə" mərasimi
keçirməsi, burada parlament binasının
tikiləcəyi ilə bağlı bəyanatlar
verməsi, Ermənistan rəhbərlərinin Cıdır
düzündə nümayişkaranə rəqs etməsi
Azərbaycanın səbir kasasını doldurdu.
Ermənistan həm də beynəlxalq qanunlara
zidd olaraq işğal edilmiş ərazilərimizdə
xaricdən gətirilən ermənilərin
yerləşdirilməsini həyata keçirdi.
Rayonların tarixi adları belə dəyişdirildi,
onlara ermənicə qondarma adlar
verildi. Bununla da düşmən nəinki
|