Azərbaycan Ordusunun həyata keçirdiyi
uğurlu əks-hücumlar nəticəsində
cəbhəboyu
yaşayış məntəqələrində
insanların təhlükəsiz yaşaması mümkün
oldu. Azad edilmiş ərazilərdə təmir-
bərpa işlərinə başlandı. Belə ki
Prezident İlham Əliyevin 2017-ci ilin
yanvarında imzaladığı fərmanla Cəbrayıl
rayonunun Cocuq Mərcanlı kəndində
əsaslı şəkildə təmir-bərpa işlərinə
başlanıldı.
Aprel döyüşlərindən sonra may ayında
münaqişənin tənzimlənməsi
məqsədilə ATƏT-in Minsk qrupu həmsədr
ölkələrinin təşkilatçılığı ilə Azərbaycan
və Ermənistan prezidentlərinin
Vyanada görüşləri keçirildi. Rusiya
prezidentinin vasitəçiliyi ilə iyun ayında
Sankt-Peterburqda üçtərəfli danışıqlar
formatında növbəti görüş təşkil
olundu. Görüşlərdə münaqişə bölgəsində
etimad tədbirlərinin möhkəmləndirilməsi,
qarşıdurmaların araşdırılması
mexanizmlərinin yaradılması
haqqında razılıq əldə edildi.
|
Atəşkəs elan olunmasına baxmayaraq,
Ermənistan tərəfi birtərəfli qaydada tez-tez
sabitliyin pozulmasına çalışırdı. Onlar
silahlı qüvvələrimizin mövqelərini atəşə
tutmaqla yanaşı, dinc əhaliyə qarşı da
cinayətlər törədirdilər. Belə hadisələrdən
biri də 2017-ci ilin iyulunda baş verdi.
Füzulinin Alxanlı qəsəbəsi Ermənistan
silahlı qüvvələri tərəfindən
minaatanlar və qumbaraatanlardan
atəşə tutuldu. Bu təxribat nəticəsində
bir yaşlı Zəhra və nənəsi qətlə yetirildi.
Həmişə olduğu kimi, dünya ictimaiyyəti
bu hadisəyə də biganə qaldı.
Əslində, Ermənistanın hər dəfə cəbhədə
təxribata əl atmasının səbəbi heç
kimə sirr deyildi: cinayətkar rejim münaqişənin
nizamlanması ilə bağlı danışıqlar
ərəfəsində daim cəbhədə vəziyyəti
gərginləşdirir və bununla da öz
xalqının diqqətini ölkədəki ictimai-siyasi,
sosial-iqtisadi böhrandan yayındırmağa
cəhd edirdi. Düşmənlə müqayisədə
Azərbaycan tərəfi isə hər zaman
olduğu kimi, münaqişənin dinc
yolla həllinə tərəfdar çıxır və bu istiqamətdə
səylərini əsirgəmirdi. Əslində,
ordumuz düşmənə qarşı öz ərazilərimizdə
əməliyyat aparırdı.
Bu baxımdan da beynəlxalq təşkilatlar
və böyük dövlətlər aprel döyüşləri ilə
bağlı Azərbaycan əleyhinə birbaşa
əks-mövqe sərgiləyə bilmədilər. Azərbaycan
qarşılıqlı qaydada hərbi əməliyyatları
dayandırmağa razı oldu və münaqişənin
sülh yolu ilə həllinə üstünlük
verdiyini bir daha nümayiş etdirdi.
Bununla da Azərbaycan Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ mü-
naqişəsinin
dondurulmuş münaqişə
olmadığını və həmçinin bütün region
üçün ciddi təhlükə mənbəyi olduğunu
diqqətə çatdırdı.
|