rayonunun Madagiz (Suqovuşan –
red.) kəndləri istiqamətində də bəzi
strateji mövqelər daxil olmaqla iki min
hektardan çox ərazi azad edildi. Bununla
da cinayətkar erməni rəhbərlərinin
keçilməz "müdafiə səddi" haqqında
mifi alt-üst edildi.
Aprelin 3-dən etibarən Azərbaycan Silahlı
Qüvvələri təmas xəttində birtərəfli
qaydada düşmənə qarşı cavab tədbirlərini
dayandırdığını elan etdi. Bundan
|
istifadə edən Ermənistan ordusu itirilmiş
mövqelərini geri qaytarmaq məqsədilə
aprelin 4-də cəbhənin, əsasən,
Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində
yenidən hücum etdi, təmas
xəttinə yaxın yaşayış məntəqələrimizi
intensiv atəşə tutdu.
Amma düşmən ordumuzun şücaəti
qarşısında məqsədinə nail ola bilmədi.
Onların əlavə qüvvələr göndərməklə
hücumu davam etdirmək planı da baş
|