şəxslərin cəsədlərinin qaytarılmasına
dair birgə bəyanat qəbul edildi. Ölümlərindən
sonra Azərbaycanın Milli
Qəhrəmanı adına layiq görülmüş şəhid
Mübariz İbrahimov və "İgidliyə
görə" medalı ilə təltif olunan Fərid Əhmədovun
nəşləri qaytarıldı.
Bir müddət təmas xəttində monitorinqlər
keçirildi. Nisbi sakitlik baş verdi. Amma
müəyyən müddət keçdikdən sonra hər
zaman olduğu kimi, atəşkəs yenə mütəmadi
olaraq pozulmağa başladı.
Aprel zəfəriErməni işğalçılarının atəşkəs rejimini
pozmaq üçün növbəti cəhdi 2016-cı il
aprelin 1-dən 2-ə keçən gecə baş verdi.
Gün ərzində Azərbaycanın cəbhəboyu
mövqeləri, yaşayış məntəqələri,
dövlət əhəmiyyətli binalar ermənilər
tərəfindən güclü artilleriya və müxtəlif
|
çaplı silahlardan atəşə məruz qaldı.
Aprelin 5-nə qədər davam edən döyüşlər
tarixə "Aprel hadisələri" və ya
Dördgünlük müharibə" kimi düşdü.
Bu döyüşlər 1994-cü ildə imzalanmış
atəşkəsdən sonra baş vermiş döyüşlərin
ən şiddətlisi idi.
Azərbaycan Silahlı Qüvvələri erməni
təxribatlarının qarşısını almaq, mülki
əhalinin və yaşayış məntəqələrinin təhlükəsizliyini
təmin etmək üçün Ağdərə-Tərtər
və Xocavənd-Füzuli istiqamətlərində
tədbirlər görməyə məcbur oldu.
Başlanmış hərbi əməliyyatlar rəşadətli
Azərbaycan Ordusunun qələbəsi ilə
nəticələndi.
Hərbi əməliyyatlar nəticəsində Tərtər
rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər,
Cəbrayıl rayonunun Lələtəpə
yüksəkliyi azad edildi. Həmçinin Cəbrayıl
rayonunun Cocuq Mərcanlı, Goranboy
rayonunun Gülüstan və Tərtər
|