B irinci Qarabağ müharibəsini başa çatdıran atəşkəs müqaviləsi imzalandıqdan sonra da ermənilər cinayətkar əməllərini davam etdirir, cəbhə xəttində tez-tez gərginlik yaradır, təxribatlar törədirdilər. Danışıqlar prosesini xarakterizə edən qeyri-müəyyənlik, işğala son qoyulmaması atəşkəsin ciddi səviyyədə pozulması hallarına səbəb olurdu. Artıq əhalinin və əsgərlərimizin səbir kasası dolurdu. Mübarizlik rəmziBu hadisələrdən biri məhz 2010-cu ilin yayında baş verdi. Qoşunlarımızın təmas xəttindəki bölmələrinə qarşı tez-tez baş verən təxribatlara dözməyən Azərbaycan Ordusunun giziri Mübariz İbrahimov iyun ayında gecə saatlarında təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz həmlədə məhv edir. Düşmənlərin silahlarını əldə edir və onların özünə qarşı istifadə edərək 5 saat döyüşür. Düşmən ağır itkilərə məruz qalır, onların çox öyündükləri müdafiə sədlərinin zəif tərəfləri üzə çıxır. Mübariz düşmənə köməyə gələn qüvvələrlə qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olur. |
Rusiya prezidentinin vasitəçiliyi ilə tərəflərin müxtəlif şəhərlərdə yeni görüşləri təşkil olundu. Hərbi əsir və girovların, həmçinin atəşkəs rejiminin pozulması nəticəsində həlak olmuş |