İşğal olunmuş ərazilərə ATƏT-in Minsk
qrupu həmsədrlərinin rəhbərliyi altında
beynəlxalq dəyərləndirmə missiyasının
səfəri təşkil edildi.
Danışıqlar prosesində intensivliyin artdığını
görən Ermənistan davamlı hərbi
təxribatlara əl atdı. Ermənistan hərbi
hava qüvvələrinin təmas xəttində Azərbaycan
Silahlı Qüvvələrinin mövqeləri
üzərində hücum xarakterli uçuşlar etməsi
düşmənin helikopterlərindən birinin
vurulması ilə nəticələndi.
2020-ci ilin iyununda tərəflərin
ATƏT-in Minsk qrupunun həmsədrləri
və ATƏT-in fəaliyyətdə olan sədrinin
şəxsi nümayəndəsinin iştirakı ilə görüşü
baş tutdu. Konfransda Ermənistan-
Azərbaycan münaqişəsinin tənzimlənməsi
prosesinin cari vəziyyəti
müzakirə edildi. Ermənistan tərəfindən
Azərbaycanın işğal edilmiş ərazilərində
həyata keçirilən qeyri-qanuni
fəaliyyət, o cümlədən infrastruktur
dəyişiklikləri məsələsi qaldırıldı. Azərbaycan
tərəfi Ermənistanın təxribat xarakterli
hərəkətlərini bir daha gündəmə
gətirdi.
ATƏT uzun illərdən bəri Ermənistan-
Azərbaycan münaqişəsinin həllində
|
vasitəçilik missiyasını yerinə yetirsə
də, heç bir konkret addım atmağa nail
olmadı, ya da olmaq istəmədi. Təşkilatın
münaqişənin həlli üçün konkret
mexanizmi olmasa da, işğalçı dövlətə
qarşı müəyyən təzyiqlər göstərmək,
dünya birliyini bu prosesə cəlb etmək
imkanları var idi.
Ona görə də Ermənistan Azərbaycana
qarşı işğalçılıq siyasəti yürüdərək beynəlxalq
sammitlərdə qəbul olunmuş
prinsiplərin heç birini nəzərə almadı.
Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə
qəsd edərək öz təcavüzkar
əməllərini davam etdirməkdən çəkinmədi.
Bir milyona qədər qaçqın və
məcburi köçkünün hüquqlarını tapdalayaraq
onları öz yurdlarından məhrum
etdi, ağlasığmaz vəhşiliklərə yol verməklə
beynəlxalq hüquqa dair heç bir
öhdəliyi yerinə yetirmədi.
Bütün bunlar azmış kimi, düşmənin
2020-ci ilin iyulunda münaqişə zonasından
kənarda yerləşən Tovuzda törətdiyi
təxribat və Tovuz ətrafında yerləşən
strateji yüksəklikləri ələ keçirmək cəhdi,
beynəlxalq əhəmiyyətli neft və qaz
kəmərlərini təhlükə altına salması "sülh
körpüləri"ni yandırmış oldu.
|