2007-ci ilin iyulunda İlham Əliyev və Robert
Koçaryanın Sankt-Peterburqda görüşü keçirildi.
Ancaq münaqişənin sülh yolu ilə həllində
razılığa gəlmək yenə də mümkün olmadı. Yalnız
Azərbaycan və Ermənistanın bir qrup ziyalısının
Dağlıq Qarabağ regionuna, eləcə də
Bakı və Yerevana birgə səfər təşəbbüsü təklifi
qurucu addım kimi qərarlaşdırıldı.
Sonrakı illərdə Ermənistan-Azərbaycan münaqişəsinin
Azərbaycan Respublikasının ərazi
bütövlüyü çərçivəsində həlli üzrə danışıqlar
davam etdirildi. Danışıqlar Minsk qrupu həmsədrləri
tərəfindən yenilənmiş Madrid prinsipləri
əsasında aparılmalı idi.
|
Nəticəsiz
|
MADRİD PRİNSİPLƏRİ
Prinsiplərə "mərhələli paket" sülh təklifi
daxil idi:
|